«Qəbələ» - «Səbail» oyununun hakimləri müəyyənləşdi 
Xəbərlər / 13 Aprel 2018 | 17:36251
«Qəbələ» - «Səbail» oyununun hakimləri müəyyənləşdi 

Topaz Premyer Liqasında XXIII turun oyunlarına təyinatlar açıqlanıb. İki gün davam edəcək qarşılaşmaları idarə edəcək hakimlər, onların işinə qiymət verəcək hakim-inspektorlar, həmçinin AFFA nümayəndələri bəlli olublar. Öz meydanında “Səbail” ilə qarşılaşacaq “Qəbələ”nin matçını Əliyar Ağayev idarə edəcək. Onun köməkçiləri Zeynal Zeynalov və Cəmil Quliyev olacaqlar. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Ziya Nəsirov yerinə yetirəcək. Qəbələ şəhər stadionundakı oyuna hakim-inspektor kimi Əhmədağa Cabbarov, AFFA nümayəndəsi kimi isə Rauf Hüseynli təyinat alıblar.
Xatırladaq ki, “Qəbələ” – “Səbail” matçı saat 17:00-da başlayacaq.

Topaz Premyer Liqası

XXIII tur

15 aprel

17:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Ziya Nəsirov 

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Əhmədağa Cabbarov

Qəbələ şəhər stadionu