«Qəbələ» səfərdən 1 xalla dönür - Video
Xəbərlər / 13 Mart 2018 | 18:17394
«Qəbələ» səfərdən 1 xalla dönür - Video

“Keşlə” - “Qəbələ” – 1:1

13 mart 2018. Saat 15:30. “İnter Arena”, 500 tamaşaçı  

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov          

Dördüncü hakim: Elvin Əsgərov 

AFFA nümayəndəsi: Zamiq Hüseynov  

Hakim-inspektor: Əhmədağa Cabbarov 

Sarı vərəqələr: Fuad Bayramov, 38 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 75 (hakim qərarına etiraz)  // Qismət Alıyev, 40 (qeyri-idman hərəkəti); Elvin Camalov, 59 (qeyri-idman hərəkəti); Omar Malone, 81 (qeyri-idman hərəkəti)

Qollar: Voislav Stankoviç, 59 (ö.q) // Baqali Dabo, 32 

Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 3 dəq.

Bu gün Topaz Premyer Liqasında XX tura start verilib. Turun ilk qarşılaşması “İnter Arena”da baş tutub. “Qəbələ” səfərdə “Keşlə” ilə görüşüb. Baş məşqçi Roman Qriqorçuk ötən turla müqayisədə start heyətində üç dəyişiklik edib. Ukraynalı mütəxəssis Voislav Stankoviç, Elvin Camalov və Qismət Alıyevi ilk dəqiqələrdən meydana buraxıb. Əvəzində Hacıağa Hacıyev, Təmkin Xəlilzadə, Famussa Kone “11-lik”dən kənar qalıb.

Matçın ilk yarısı qarşılıqlı hücumlarla keçib. Topa daha çox nəzarət edən “Qəbələ” ərazi üstünlüyünə yiyələnib. Amma ilk real qol vəziyyətini meydan sahibləri yaradıb. Dmitri Bezotosnının inamlı oyunu hesabın açılmasına imkan verməyib. “Qırmızı-qaralar”ın hücumları fasiləyədək bəhrəsini verib. Rəqibin arxa xətdəki ötürmə səhvindən yararlanan Baqali Dabo cərimə meydanının yaxınlığından qarşısıalınmaz zərbə endirib. Bu, mövsümün ən yaxşı bombardirinin 12-ci qolu olub.

Paytaxt təmsilçisi ikinci hissəyə daha fəal başlayıb. Öncə Pərdisin yaxın məsafədən zərbəsi yaddaqalan olsa da, Bezotosnı qola imkan verməyib. Az sonra sol cinahdan qapı önünə ötürmə avtoqolla nəticələnib. Voislav Stankoviç avtoqol müəllifi olub – 1:1. Oyunda dönüş yaratmağa çalışan “qırmızı-qaralar” rəqib qapısına hücumları davam etdirsə də, müdafiə xəttini yarmaqda çətinlik çəkib. Düzdür, oyunun sonlarında Ruslan Qurbanov əlverişli mövqedən başla qapını nişan alıb. Lakin hücumçu çərçivəyə düşə bilməyib. Beləliklə, “Qəbələ” paytaxt səfərindən qollu heç-heçə ilə dönüb.

“Keşlə”

1. Kamran Ağayev (k) 

3. Denis Silva

4. Slavik Alxasov

2. Sertan Taşkın

10. Sezar Meza Kolli

14. Andre Klennon

(9. Pərdis Fərcad-Azad, 46)

21. Herve Tçami

(7. Vaqif Cavadov, 64)

24. Fuad Bayramov

27. Adrian Skarlatake

33. Tərlan Quliyev

65. Cabir Əmirli

(22. Məqsəd İsayev, 46)

 

Ehtiyat oyunçular:

 

15. Orxan Sadıqlı

19. Pablo Podio

40. Nemanya Stoyanoviç

66. Murad Qayalı

88. Məmməd Quliyev

90. Ebrima Sohna

39. Əlibəy Məmmədli 

 

Baş məşqçi: Yuri Maksimov

 

 

“Qəbələ” 

22. Dmitri Bezotosnı

3. Voislav Stankoviç

(45. Famussa Kone, 71)

4. Elvin Camalov

(33. Təmkin Xəlilzadə, 70)

8. Qismət Alıyev

9. Baqali Dabo

10. Ruslan Qurbanov

11. Asif Məmmədov (k)

15. Vitali Vernidub

16. Omar Malone

19. Filip Ozobiç

34. Urfan Abbasov

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

5. Rasim Ramaldanov

6. Elvin Məmmədov

18. İlqar Qurbanov

28. Stiven Monroz

29. Hacıağa Hacıyev

32. Amin Seydiyev

74. Yusif Nəbiyev 

89. Abbas Ağazadə

 

Baş məşqçi: Roman Qriqorçuk