«Qəbələ» səfərdən xalsız dönür - Video
Xəbərlər / 26 Avqust 2017 | 23:09477
«Qəbələ» səfərdən xalsız dönür - Video

“Qarabağ” – “Qəbələ” – 2:1
26 avqust 2017. Saat 20:30. “Azərsun Arena”, 4200 tamaşaçı 
Baş hakim: Fariz Yusifov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Vaqif Musayev       
Dördüncü hakim: Rauf Cabbarov 
AFFA nümayəndəsi: Şaiq Həmidov  
Hakim-inspektor: Əli Hüseynov  
Sarı vərəqələr: Rəşad Sadıqov, 47 (qeyri-idman hərəkəti); Rahid Əmirquliyev, 52 (qeyri-idman hərəkəti); Dino Ndlovu, 88 (qeyri-idman hərəkəti) // Omar Malone, 51 (qeyri-idman hərəkəti); Qismət Alıyev, 83 (qeyri-idman hərəkəti)
Qollar: Mahir Mədətov, 63; Markos Madera, 73 // Stiven Monroz, 69
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

Bu gün Topaz Premyer Liqasında III tura yekun vurulub. Turun son qarşılaşmasında ötən mövsümün qızıl və gümüş mükafatçıları üz-üzə gəlib. “Qəbələ” səfərdə “Qarabağ”ın qonağı olub. İlk iki turda qələbə qazanan komandaların dueli həm də turun mərkəzi oyunu kimi diqqət çəkib. “Qırmızı-qaralar” ötən turla müqayisədə matça 4 dəyişikliklə başlayıb. Baş məşqçi Roman Qriqorçuk Elvin Camalov, Dion Malone, Roman Hüseynov və Tellur Mütəllimova ilk dəqiqələrdən şans verib. Əvəzində Elvin Məmmədov, Qismət Alıyev, Baqali Dabo və İlqar Qurbanov “11-lik”dən kənar qalıb.
Qarşılaşmaya meydan sahibləri daha fəal başlayıb. “Qırmızı-qaralar” ilk dəqiqələrdə müdafiəyə çəkilmək niyyətində olmadığını nümayiş etdirib. Azarkeşlər bir müddət qarşılıqlı hücumlara şahid olub. Amma son çempion üstünlüyü ələ almağı bacarıb. Topa daha çox nəzarət edən “Qarabağ” komandamızın müdafiə xəttini yarmağa çalışıb. Lakin arxa xətt oyunçularının inamlı çıxışı meydan sahiblərinin sevinməsinə imkan verməyib. Bir neçə epizodda isə Dmitri Bezotosnı gözəl oyun nümayiş etdirib. “Qəbələ” isə daha çox sürətli hücumlarla diqqət çəkib. 41-ci dəqiqədə Filip Ozobiçin sürətlə irəliləməsi təhlükəli zərbəsi ilə başa çatıb. Lakin top qapıdan aralı keçib.
İkinci hissəyə komandamız dəyişikliklə başlayıb. Qriqorçuk Asif Məmmədovu da meydana buraxıb. Fasilədən az sonra Ozobiçin təhlükəli nöqtədən cərimə zərbəsi istənilən kimi alınmayıb. 50-ci dəqiqədə Malone qapıçı ilə təkbətək qalsa da, fərqlənə bilməyib. Ardınca Stiven Jozef-Monroz rəqib müdafiəçilərin arasında sıyrılıb qapıçının üstündən çərçivəni nişan alıb. “Qarabağ”ı topu boş qapıdan çıxaran Rəşad Sadıqov xilas edib. İkinci hissənin əvvəlində üstünlüyə “Qəbələ” malik olsa da, ağdamlılar oyunda tarazlıq yaradıb. Meydan sahibləri görüşdə hesabı da açmağa müvəffəq olub. Ansi Aqollinin cinah ötürməsini Mahir Mədətov başla tamamlayıb – 1:0. Meydan sahiblərinin sevinci 6 dəqiqə sürüb. Malonenin mərkəzlə ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Monroz bu dəfə rəqibə şans verməyib – 1:1. Amma Ağdam təmsilçisi tezliklə tarazlığı pozub. Mədətovun cərimə meydanı daxilində verdiyi ötürməni Markos Madera qarşısıalınmaz zərbəylə tamamlayıb – 2:1. Hesabda geri düşdükdən sonra Qriqorçuk daha iki əvəzetmə ilə oyunda dönüş yaratmağa çalışıb. Lakin matçda hesab dəyişməyib. Düzdür, son dəqiqələrdə Baqali Dabonun əldə etdiyi imkan yaddaqalan olub. Amma hücumçu bərabərlik qolunu vura bilməyib.
Beləliklə, “Qəbələ” mövsümdə ilk məğlubiyyətini “Qarabağ”la səfər oyununda alıb – 1:2.

“Qarabağ”
1. Anton Konibalotski
5. Maksim Medvedev
(52. Yakub Jezniçak, 74)
7. Rahid Əmirquliyev
8. Markos Madera
11. Mahir Mədətov
14. Rəşad Sadıqov (k)
22. Əfran İsmayılov
(9. Dino Ndlovu, 46)
25. Ansi Aqolli
55. Bədavi Hüseynov
(20. Riçard Almeyda, 46)
88. Elşən Abdullayev
91. Coşqun Diniyev

Ehtiyat oyunçular:

13. İbrahim Şehiç
89. Nicat Mehbalıyev
2. Qara Qarayev
23. Elgün Uluxanov
32. Elvin Yunuszadə
16. İbrahim Aslanlı
19. Famil Camalov
17. Elçin Rəhimli
33. Eltun Turabov

Baş məşqçi: Qurban Qurbanov

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
4. Elvin Camalov
10. Ruslan Qurbanov
(11. Asif Məmmədov, 46)
15. Vitali Vernidub
(9. Baqali Dabo, 79)
16. Dion Omar Malone
17. Roman Hüseynov
(8. Qismət Alıyev, 79)
19. Filip Ozobiç
28. Stiven Jozef-Monroz
34. Urfan Abbasov (k)
88. Tellur Mütəllimov

Ehtiyat oyunçular:

23. Aqil Məmmədov
35. Murad Popov
5. Rasim Ramaldanov
12. Endi Hallidey
21. Deyv Bultuis
33. Tural Məmmərzəyev
44. Ülvi İbazadə
70. Ülvi İsgəndərov
89. Abbas Ağazadə

Baş məşqçi: Roman Qriqorçuk