“Qəbələ” “Simurq” qarşısında üstünlüyünü davam etdirə biləcəkmi?
Xəbərlər / 12 Fevral 2012 | 20:00114
“Qəbələ” “Simurq” qarşısında üstünlüyünü davam etdirə biləcəkmi?

Premyer Liqanın XX turunda – fevralın 16-da “Qəbələ”nin rəqibi “Simurq” olacaq. 2005-ci ildə yaranan komandalar indiyədək 17 dəfə üz-üzə gəliblər. İlk 2 qarşılaşma klubların I dəstədə oynayıb, Premyer Liqaya vəsiqə qazandıqları 2005/06 mövsümünə təsadüf edib. Aşağı dəstədəki hər 2 matçda “Simurq” məğlub olub.

Sonradan 13 dəfə Premyer Liqada qarşılaşan komandalar hərəyə 5 dəfə qalib gəliblər. 3 heç-heçənin qeydə alındığı görüşlərdəki top fərqində də “Qəbələ” öndədir – 15:12. Ölkə kubokuna təsadüf edən yeganə duel isə 2007/08 mövsümündə baş tutub. Həmin vaxt komandaların hər biri öz meydanında qalib gəlsələr də səfər qolu “Qəbələ”ni növbəti mərhələyə daşıyıb. 

Bu isə o deməkdir ki, komandamız həm Premyer Liqa, həm kubok, həm də I diviziondakı qarşılaşmalarda üstünlüyə malikdir. Ümumilikdə isə “Qəbələ” 8 qələbə qazanıbsa “Simurq”un 6 uğuru var. Daha 3 matçda isə qalib müəyyənləşməyib. Top fərqində də bu üstümlük hiss olunur – 22:15.

Rəqiblər arasında son oyunda “Simurq” qalib gəlsə də Zaqatala təmsilçisi evdəki son duellərdə o qədər uğurlu oynamır. Səfərdəki son 2 matçda qol buraxmayan, 3 qarşılaşmada uduzmayan “Qəbələ” sonuncu dəfə Zaqatalada 1012 gün əvvəl məğlub olub.

2005/06

05.10.2005

Birinci divizion

Göy-Göl (Xanlar) - Simurq (Zaqatala)

2:0

2005/06

01.03.2006

Birinci divizion

Simurq (Zaqatala) - Gilan (Xanlar)

1:3

2006/07

23.10.2006

Premyer Liqa

Gilan (Qəbələ) - Simurq (Zaqatala)

1:2

2006/07

07.04.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Gilan (Qəbələ)

3:1

2007/08

15.09.2007

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

2:0

2007/08

24.10.2007

Azərbaycan kuboku, 1/8

Qəbələ - Simurq (Zaqatala)

1:0

2007/08

31.10.2007

Azərbaycan kuboku, 1/8

Simurq (Zaqatala) - Qəbələ

2:1

2007/08

27.04.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

1:0

2008/09

23.11.2008

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:0

2008/09

10.05.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:0

2009/10

16.08.2009

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

2:1

2009/10

28.11.2009

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

1:1

2010/11

01.10.2010

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:2

2010/11

27.11.2010

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

4:0

2010/11

17.04.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

3:0

2010/11

30.04.2011

Premyer Liqa

Simurq (Zaqatala) - Qəbələ

0:0

2011/12

29.10.2011

Premyer Liqa

Qəbələ - Simurq (Zaqatala)

0:2