«Qəbələ» «Simurq»u tək qolla keçdi - Fotoreportaj
Oyun icmalı / 15 Fevral 2012 | 20:00528
«Qəbələ» «Simurq»u tək qolla keçdi - Fotoreportaj

"Simurq" 0:1 "Qəbələ" 


16 fevral 2012. Saat 13:00. Zaqatala şəhər stadionu. Tamaşaçı yoxdur.
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Ramiz Əsədov, Azər Əsgərov
Dördüncu hakim: Rasim Məmmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məhəmməd Məmmədov
Sarı vərəqələr: Nicat Qurbanov, 74  // Mahir Şükürov, 56 ; Bruno da Silva, 60
Qol: Viktor Mendi , 81
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.

“Simurq”

32. Dmitri Kramarenko
3. Rasim Ramaldanov (k)
79. Vidas Alunderis
7. Ruslan Poladov
28. Rüstəm Abbasov 
4. Vasiliy Yanatovski
(10. Tofiq Mikayılov, dəq. 46)
8. Qərib İbrahimov
(29. İqor Tarasovs, dəq.46)
77. Daniel Genov
(14. Andreys Rubins, dəq.86)
21. Emin Cəfərquliye
19. Anatoli Doroş

Ehtiyat oyunular:

1. Fuad Əhmədov
5. Rəşad Eyyubov
23. Ruhid Usubov
9. Əli Bağırov

Məşqçi: İqor Yuşenko

“Qəbələ”
 
12. Pavels Doroşevs
4. Mahir Şükürov (k)
6. Lyuba Baranin
8. Bruno da Silva
9. Viktor Mendi
11. Yannik Kamanan
(10. Deon Burton, dəq.72)
18. Aleksadr Çertaqanov
(21. Elmar Baxşıyev, dəq.86)
20. Stiv Olfers
24. Tərzin Cahangirov
26. Daniel Lupez Kruz
77. Luiz Paulo Hillario
(7. Yaşar Abuzərov, dəq.90+2)

Ehtiyat oyunçular:

30. Qrem Smit
22. Murad Hüseynov
33. Saşa Yunisoğlu
34. Ürfan Abbasov

Baş məşqçi: Fatih Kavlak


Unibank Premyer Liqasının 20-ci turunda "Qəbələ" səfərdə "Simurq"la qarşılaşdı. 

Matç tərəflərin ehtiyatlı oyunu ilə start götürdü. İlk dəqiqələrdən əsasən kəşfiyyat xarakterli hücumlara üstünlük verən komandalar xüsusən müdafiəyə diqqət yetiridilər. İlk 45 dəqiqədə demək olar ki, oyun meydançanın mərkəzində cərəyan etdi. Hissənin ilk təhlükəli vəziyyəti isə meydan sahiblərinin aktivinə yazıldı. 14-cü dəqiqədə Tofiq Mikayılovun qüvvətli zərbəsini Pavel Doroşev zərərsizləşdirdi. "Qəbələ"nin ön xəttində Viktor Mendi və Dodo fəal olsalar da, rəqibin müdafiədə səhvsiz oyunu "Qəbələ"nin uğur qazanmasına imkan vermədi. Birinci yarının son təhlükəli epizodunu da "Simurq" yaratdı. Anatoliy Doroşun zərbəsi çərçivədən kənar keçdi. 

İkinci hissəyə "Qəbələ" daha aktiv başladı. 49-cu dəqiqədə Yannik Kamanandan gözəl ötürmə alan Viktor Mendi topu ram etsə də, çərçivəni dəqiq nişan ala bilmədi. Bir dəqiqə sonra Mahir Şükürovun sağ cinahdan ötürməsi təhlükəli alındı. Oyuna nəzarətə tamamilə yiyələnən "Qəbələ" 81-ci dəqiqədə hesabı açmağa müvəffəq oldu. Oyuna sonradan daxil olmuş Deon Bartondan ideal ötürmə alan Viktor Mendi topu ustalıqla çərçivəyə göndərdi - 1:0.
2 dəqiqə sonra Fatih Kavlakın yetirmələri hesab fərqini artıra bilərdilər. Müdafiəçilərdən topu "oğurlayan" Çertoqanov Deon Bartonu qapıçı ilə üzbəüz qoysa da, yamaykalının zərbəsi qapıdadan yan keçdi. 
Bu oyunda yaddaqalan son epizod oldu və "Qəbələ" 2012-ci ilin ilk oyununda əzmkar qələbə qazandı. 

Fatih Kavlak: "Fasilənin bitməsi münasibətilə bütün futbolsevərləri təbrik edirəm, ikinci yarının bütün komandalar üçün uğurlu olmasını diləyirəm. Yaxşı hazırlıq dövrü keçmişdik. Azərbaycan çempionatında hansı komanda ilə oynamaqdan asılı olmayaraq bütün oyunlar çətindi. Bu matç da çətin oldu. Qol buraxsaydıq oyunu lehimizə çevirmək çox çətin olacaqdı. Süni meydançada oynamaq da komandalara çətinliklər törədirdi. Rəqibə uğurlar arzulayıram".