«Qəbələ» «Şkendiya»ya məğlub oldu - Video
Xəbərlər / 3 Fevral 2018 | 20:45310
«Qəbələ» «Şkendiya»ya məğlub oldu - Video

“Qəbələ” (Azərbaycan) – “Şkendiya” (Makedoniya) - 0:2

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” hazırlıq çərçivəsində son yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” qış fasiləsindəki 6-cı matçında Makedoniyanın “Şkendiya” klubu ilə üz-üzə gəlib. “Gloria” məşq meydançalarında baş tutan matça komandamız aşağıdakı “11-lik”lə başlayıb: Dmitri Bezotosnı, Hacıağa Hacılı, Qismət Alıyev, Vojislav Stankoviç, Vitali Vernidub, Asif Məmmədov, Dion Malone, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Elvin Məmmədov.

Görüş komandamız üçün uğursuz başlayıb. Makedoniya təmsilçisi 7-ci dəqiqədə erkən qolla hesabda önə keçib. Rəqib komanda fasiləyədək daha bir dəfə fərqlənməyi bacarıb. 34-cü dəqiqədə təyin olunan penaltidən dəqiq istifadə edən “Şkendiya” fasiləyə iki top üstünlüyü ilə yollanıb. Oyunun gedişində dəyişikliklərə əl atan baş məşqçi Roman Qriqorçuk Elvin Camalov, Dion Malone, Ürfan Abbasov, Rasim Ramaldanov, Famussa Kone  və Təmkin Xəlilzadəyə də şans verib. Lakin oyunda dönüş yaratmaq mümkün olmayıb. Beləliklə, “Qəbələ” Antalyadakı son yoxlama matçında “Şkendiya”ya 0:2 hesabı ilə uduzub.

Xatırladaq ki, “Qəbələ” bu oyunadək Antalya toplanışında Türkiyənin “Akhisar Bələdiyyəspor” (1:1), İsveçrənin “Sürix” (0:1), Makedoniyanın “Rabotniçki” (2:1), Rusiyanın “Arsenal” (3:3) və Çexiyanın “Bohemians” (1:3) klubları ilə üz-üzə gəlib.