«Qəbələ» Sloveniyada 2-ci oyununu keçirdi
Xəbərlər / 28 İyun 2018 | 22:03640
«Qəbələ» Sloveniyada 2-ci oyununu keçirdi

Yoxlama oyunu

“Qəbələ” – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” ikinci yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşıb. Baş məşqçi Sənan Qurbanov Zaqreb təmsilçisi ilə oyunda aşağıdakı start “11-liy”inə şans verib: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 4. Elvin Camalov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 28. Stiven Monroz, 10. Rauf Əliyev.

“Qırmızı-qaralar”ın ehtiyat oyunçular skamyasında isə bu futbolçular qalıb: 30. Aqil Məmmədov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 18. İlqar Qurbanov, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə.

Gərgin və maraqlı mübarizə şəraitində keçən matçın ilk yarısında hesab açılmayıb. Fasilədə və ikinci hissənin gedişində hər iki komandanın heyətində dəyişikliklər olub. “Qəbələ”nin heyətində 65-ci dəqiqədə Alıyev Camalovu, 90-cı dəqiqədə isə Hacıyev Lilayı əvəzləyib. 

Matçdakı hər iki qol da ikinci 45 dəqiqəyə təsadüf edib. İki qol vuran xorvatiyalılar qalib gəlib. "Qəbələ" Sloveniya toplanışında ilk məğlubiyyətini alıb.

Xatırladaq ki, “Qəbələ” Sloveniyadakı ilk matçında Albaniyanın “Kukesi” klubu ilə heç-heçə etmişdi – 1:1.