«Qəbələ» Sloveniyada 3-cü matçını keçirdi
Xəbərlər / 4 İyul 2018 | 21:57823
«Qəbələ» Sloveniyada 3-cü matçını keçirdi

Yoxlama oyunu

“Qəbələ” – “Krakoviya” (Polşa) – 0:1

Sloveniyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” 3-cü yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” Polşanın “Krakoviya” klubu ilə qarşılaşıb. Baş məşqçi Sənan Qurbanov sonuncu sınaq matçında aşağıdakı start “11-liy”inə şans verib: 22. Dmitri Bezotosnı, 3. Vojislav Stankoviç, 27. Bəhlul Mustafazadə, 33. Təmkin Xəlilzadə, 34. Ürfan Abbasov, 88. Sabien Lilay, 11. Asif Məmmədov, 28. Stiven Monroz, 10. Rauf Əliyev, 18. İlqar Qurbanov, 19. Ceyms Adeniyi.

“Qırmızı-qaralar”ın ehtiyat oyunçular skamyasında isə bu futbolçular qalıb: 30. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 26. Faiq Hacıyev, 29. Hacıağa Hacıyev, 32. Amin Seydiyev, 89. Abbas Ağazadə.

Qarşılıqlı hücumlarla keçən görüşün taleyini bir qol həll edib. İlk yarıda hesabı açan Polşa təmsilçisi üstünlüyünü matçın sonuna kimi qoruya bilib. Matçın ikinci hissəsində hər iki komanda oyunçu dəyişiklikləri gerçəkləşib. “Qəbələ”nin heyətində Qismət Alıyev, Elvin Camalov, Rasim Ramaldanov və Roman Hüseynov meydana daxil olub. Sonadək mübarizə aparan “qırmızı-qaralar” hesabda tarazlıq yaratmağa çalışsa da, rəqib qapısına yol tapa bilməyib. Beləliklə, “Qəbələ” Sloveniyadakı sonuncu yoxlama oyununda “Krakoviya”ya 0:1 hesabı ilə məğlub olub.

Xatırladaq ki, “Qəbələ” Sloveniyadakı ilk matçında Albaniyanın “Kukesi” klubu (1:1) ilə heç-heçə edib, ikinci sınaqda Xorvatiyanın “Dinamo” klubuna (0:2) uduzub.