«Qəbələ» son anda güldü - Ardıcıl 4-cü qələbə
Oyun icmalı / 18 Mart 2015 | 17:051367
«Qəbələ» son anda güldü - Ardıcıl 4-cü qələbə

“İnter”–“Qəbələ” – 1:2
18 mart 2015. Saat 18:00. “İnter Arena”, 450 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Rza Məmmədov, Akif Əmirəli
Dördüncü hakim: Munis Abdullayev
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Məlik Həsənov
Sarı vərəqələr: Derlis Meza Kolli, 32 (qeyri-idman hərəkəti); Vojislav Stankoviç, 90 (qeyri-idman hərəkəti) // Aleksey Qay, 64 (qeyri-idman hərəkəti)
Qollar: Aleksandr Amisulaşvili, 74 // Aleksey Qay, 40; Ruslan Abışov, 90+1
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

Bu gün Topaz Premyer Liqasının XXVI turunun oyunları keçirilib. “Qəbələ” III dövrədəki son oyununda “İnter”lə qarşılaşıb. Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə öncəsi son görüşünü səfərdə keçirən “qırmızı-qaralar” paytaxtdakı görüşə qələbə əzmi ilə çıxıb. Son 3 çempionat qarşılaşmasında qələbə qazanan Roman Qriqorçukun yetirmələri uğurlu seriyanı turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan rəqiblə görüşdə də davam etdirmək üçün ilk dəqiqələrdən hücuma atılıb. Ukraynalı mütəxəssis kubok çərçivəsində keçirilən “Simurq”la matçla müqayisədə start heyətində iki dəyişiklik edib. Rəşad Sadiqov, Mixail Sivakov və Ekiqo Ehiosun bu dəfə “11-lik”dən kənar qalıb. Əvəzində Ruslan Fomin, Rikardinyo və Elvin Camalov ilk dəqiqələrdən meydana çıxıb. Hakimin start fiti ilə təşəbbüsü ələ alan “Qəbələ” rəqib qapısına təzyiqi artırmağa başlayıb. Artıq 2-ci dəqiqədə Bəxtiyar Soltanov qapıçı ilə üzbəüz qalsa da, qolkiperi məyus edə bilməyib. Cəmi 3 dəqiqə sonra isə Viktor Mendinin baş zərbəsi tirə tuş gəlib. Ardınca isə seneqallının ötürməsindən sonra Aleksey Qay qol vursa da, hakim oyundankənar vəziyyət qeydə alıb. Bu epizoddan sonra azarkeşlər meydanda bir müddət bərabər mübarizə gedib. Hücumlarını səngitməyən "Qəbələ" nəhayət 40-cı dəqiqədə hesabı açıb. “Qırmızı-qaralar”ın ukraynalı legioneri Aleksey Qay istəyinə çatıb. Cavid Hüseynovun küncdən ötürməsini dəqiq baş zərbəsi ilə tamamlayıb – 1:0. Bununla da Qay qoldan bir dəqiqə əvvəl boşa verdiyi əlverişli imkanı unutdurub. İlk yarının ən fəallarından olan Qay üçün bu qol “Qəbələ”nin heyətində ilk olub.
Oyunun ikinci hissəsinə “İnter” daha fəal başlasa da, “qırmızı-qaralar” fasilədən sonra fərqi artırmaq imkanı əldə edib. Lakin Ruslan Abışovun baş zərbəsində dəqiqlik çatmayıb. 51-ci dəqiqədə Cavidin zərbəsindən sonra meydan sahiblərinin qapıçısı barmaqları ilə topu uzaqlaşdıra bilib. Az sonra yarımmüdafiəçinin ötürməsini Ruslan Fomin tamamlaya bilərdi. Lakin ukraynalı “çərçivə”yə düşməyib. Hissənin ortalarında üstünlüyü ələ alan “İnter” hesabda tarazlıq yarada bilib. Aleksandr Amisulaşvilinin baş zərbəsi dəqiq olub - 1:1. Bundan sonra qarşılıqlı hücumlar şəraitində keçən oyunda gərginlik artıb. Daha fəal təsir bağışlayan “qırmızı-qaralar” 84-cü dəqiqədə hesabda önə keçməyə yaxın olub. Lakin Ekiqo Ehiosun qapı önündə yaranan qarışıqlıqdan istifadə edə bilməyib. Ardınca Rafael Santosun başla zərbəsi yaddaqalan olub. Hakimin final fitinə 2 dəqiqə qalmış isə Dmitri Bezotosnı komandasını real qoldan xilas edib. Heç-heçəylə kifayətlənmək istəməyən “Qəbələ”nin qələbə əzmi öz bəhrəsini uzatma dəqiqələrində verib. Hüseynovun cərimə zərbəsindən qapı önünə ünvanladığı topu Ruslan Abışov dəqiq zərbəylə tamamlayıb – 2:1. Kapitanın bu qolu “qırmızı-qaralar”a Premyer Liqada ardıcıl 4-cü qələbəni qazandırıb.

“İnter”
25. Səlahət Ağayev (k)
3. Laşa Salukvadze
(12. Franka Nildo, 57)
5. Aleksandr Amisulaşvili
10. Elvin Məmmədov
17. Məhəmməd Mirzəbəyov
(33. Matiya Şpiçiç, 46)
21. Arif Daşdəmirov
22. Əfran İsmayılov
(11. Asif Məmmədov, 69)
23. Vojislav Stankoviç
28. Baçana Sxadadze
88. Derlis Meza Kolli
91. Coşqun Diniyev

Ehtiyat oyunçular:
1. Giorgi Lomaya
7. Abdulla Abatsiyev
15. Yohan Bokonyano
80. Nizami Hacıyev

Baş məşqçi: Kaxaber Sxadadze

“Qəbələ”
22. Dmitri Bezotosnı
4. Elvin Camalov
9. Viktor Mendi
(90. Ekiqo Ehiosun, 82)
14. Cavid Hüseynov
15. Ruslan Abışov (k)
18. Ruslan Fomin
19. Aleksey Qay
20. Rikardinyo
27. Bəxtiyar Soltanov
34. Ürfan Abbasov
44. Rafael Santos

Ehtiyat oyunçular:
30. Anar Nəzirov
7. Ruslan Əmircanov
6. Rəşad Sadiqov
16. Ruslan Tağızadə
25. Adrian Ropotan
32. Mixail Sivakov

Baş məşqçi: Roman Qriqorçuk