«Qəbələ» «Sumqayıt»dan revanşı 2 qolla aldı
Oyun icmalı / 25 Oktyabr 2013 | 12:27769
«Qəbələ» «Sumqayıt»dan revanşı 2 qolla aldı

"Qəbələ" - "Sumqayıt" 2:0

 

25 oktyabr 2013. Saat 15:00. Qəbələ şəhər stadionu. 500 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: İsgəndər Əliyev, Nahid Əliyev
Dördüncü hakim:  Namiq Bəkirov
AFFA nümayəndəsi:  Adil Nadirov
Hakim-inspektor: Səfər Haşımov
Sarı vərəqələr:  İbrahima Niasse, 25 (qeyri-idman hərəkəti); Nikola Valentiç, 36 (qeyri-idman hərəkəti) // Bəxtiyar Həsənalızadə, 9 (qeyri-idman hərəkəti); Adil İbrahimov, 37 (qeyri-idman hərəkəti); Pərdis Fərcad-Azad, 67 (qeyri-idman hərəkəti)
Qollar:  Daniel Subotiç, 24; Luis Hillario Dodo, 63
Artırılan vaxt: I hissədə -  yoxdur.; II hissədə - 2 dəq.

Premyer Liqanın XI turu çərçivəsində "Qəbələ" doğma meydançada "Sumqayıt"ı qəbul etdi. İlk dövrədə keçirilən matçda Sumqayıtda baş tutan oyunda "Qəbələ" 1:2 hesabilə məğlub olmuşdu. Bu mənada cavab qarşılaşması maraq doğururdu. Görüş daha bir "Qəbələ" Futbol Akademiyası yetirməsi 1995-ci il təvəllüdlü Elvin Camalovun debütü ilə yadda qaldı. 60 dəqiqə meydançada olan Camalovun ilk imtahandan uğurla çıxdığını söyləyə bilərik.
Matç tərəflərin ehtiyatlı oyunu ilə start götürdü. Tədricən üstünlüyə yiyələnən "Qəbələ" bu üstünlüyü demək olar ki, final fitinədək əldən vermədi. Ön xətdə fəallığı ilə seçilən Daniel Subotiç 24-cü dəqiqədə hesabı açdı. Leonardo Da Silvadan ötürmə alan Subo Anar Nəzirova şans vermədi - 1:0. İlk yarının sonunadək "Qəbələ" Leonardo və Mendinin simasında hesabı artırmaq imkanı əldə etsə də, futbolçuların qeyri-dəqiqliyi buna imkan vermədi.
İkinci hissə də eyni ssenari ilə davam etdi. Topa nəzarət edən "qırmızı-qaralar" 45 dəqiqə ərzində rəqibə təhlükəli epizod yaratmaq imkanı vermədilər. "Sumqayıt" yalnız bir neçə qeyri-dəqiq zərbə ilə yadda qaldı. Əvəzində "Qəbələ" hesab arasındakı fərqi 2-ə çatdırdı. Oyuna ikinci yarıda daxil olan Dodo dəqiq zərbə ilə toru silkələdi - 2:0. Bu matçda qeydə alınan son qol oldu və "Qəbələ" ilk dövrənin revanşını 2 cavabsız qolla aldı.



“Qəbələ”

25. Dieqo Kosta
3. Nikola Valentiç
6. Volodimir Levin (k)
9. Viktor Mendi 
(22. Assis Rodriqes, dəq.73)
14. Lorenzo Ebesilio
18. İbrahima Niasse 
31. Daniel Subotiç
33. Elvin Camalov
(88. Müşfiq Teymurov, dəq.60)
34. Ürfan Abbasov 
36. Elnur Allahverdiyev 
42. Leonardo da Silva
(10. Luis Hillario Dodo, dəq.46)

Ehtiyat oyunçular:

27. David Pietrzkeviç
11. Yannik Kamanan
21. Elmar Baxşıyev
84. Kelhar Deyan

Baş məşqçi: Yuri Syomin

“Sumqayıt”

1. Anar Nəzirov
2. Slavik Alxasov
7. Pərdis Fərcad-Azad 
(86. Elşən Abdullayev, dəq.66)
8. Aqşin Muxtaroğlu 
10. Ruslan Qurbanov
(9. Orxan Əliyev, dəq.74)
17. Adil İbrahimov 
18. Aleksandr Çertoqanov (k)
21. Məhəmməd Mirzəbəyov
77. Mirzağa Hüseynpur
(27. Nurlan Novruzov, dəq.81)
91. Vüqar Əsgərov
92. Bəxtiyar Həsənalızadə

Ehtiyat oyunçular:

94. Tərlan Əhmədli
4. Samir Abasov
15. Nodar Məmmədov
22. Zaur Həşimov

Baş məşqçi: Aqil Məmmədov