«Qəbələ» «Sumqayıt»ı bir qolla keçdi
Oyun icmalı / 8 Dekabr 2012 | 12:32468
«Qəbələ» «Sumqayıt»ı bir qolla keçdi

"Sumqayıt" - "Qəbələ" 0:1

08 dekabr 2012. Saat 14:00. Bayıl Arena. 200 tamaşaçı
Baş hakim: Elçin Məmmədov
Baş hakimin köməkçiləri: Rahil Ramazanov, Namiq Hüseynov
Dördüncü hakim: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Kərim Ağayev
Sarı vərəqələr: Emin Cəfərquliyev, 8 (qeyri-idman hərəkəti); Pərdis Fərcad Azad, (hakimin qərarına etiraz); Ceyhun Sultanov, 50 (qeyri-idman hərəkəti); Slavik Alxasov, 85 (hakimin qərarına etiraz) // Oumar Kalabane, 30 (qeyri-idman hərəkəti); Aleksandr Çertoqanov, 41 (qeyri-idman hərəkəti); 61 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Aleksandr Çertoqanov, 61 (qeyri-idman hərəkəti) 
Qol: Viktor Mendi, 39
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.

Beş oyunluq qələbə seriyası ötən turda qırılan komandamız paytaxta yeni seriyanın başlanğıcı üçün yollanmışdı. Cəza müddəti başa çatan Rəşad Abdullayev və Dodo da start heyətində yer almışdı.  
Oyunun ilk dəqiqələri əsasən meydançanın mərkəzi uğrunda mübarizə ilə keçdi. Bu vəziyyət düz 20-ci dəqiqəyə qədər davam etdi. Görüşdə ilk real qol vəziyyəti qapımız qarşısında yaşandı. Amma Anar Nəzirov onunla təkbətək çıxan Ruslan Qurbanovun zərbəsinə əla reaksiya göstərdi. Getdikcə topa nəzarəti ələ keçirən komandamız 39-cu dəqiqədə istəyinə çatdı. Dododan ötürmə alan Assis sol cinahdan cərimə meydançasına daxil olaraq qapı qarşısına ötürmə verdi. Orada yaranmış qarışıqlıq zamanı isə topu qapı xətti üzərində Mendinin önünə düşdü. Ona da yalnız topa toxunmaq qaldı ki, hesab açılsın. Fasilə ərəfəsində Assis özü fərqlənməyə yaxın olsa da, yaxın məsafədən qapını dəqiq nişan ala bilmədi.
İkinci hissəyə də "Qəbələ" üstün başladı. Bir epizodda Rəşad Abdullayev əlverişli imkanı əldən verdi. 61-ci dəqiqədə Aleksandr Çertoqanovun ikinci sarı vərəqə ilə meydançadan qovulması isə hər şeyi dəyişdi. Azqlıda qalan komandamız artıq qapının toxunulmazlığını qorumaq barədə düşünməyə başladı. Futbolçularımız etibarlı müdafiə olunaraq, rəqibə heç bir şans vermədi və səfərdən qalibiyyətlə döndü.

“Sumqayıt”

12. Elçin Sadıqov
2. Slavik Alxasov
4. Samir Abasov (k)
7. Pərdis Fərcad Azad
9. Orxan Əliyev
10. Ceyhun Sultanov
17. Emin Cəfərquliyev 
21. Məhəmməd Mirzəbəyov
76. Uğur Pamuk
91. Ruslan Qurbanov 
92. Bəxtiyar Həsənalızadə 
(11. Sabir Allahquliyev, dəq.83)

Ehtiyat oyunçular:

90. Anar Məhərrəmov
3. Aftandil Hacıyev
8. Aqşin Muxtaroğlu 
22. Xəyal Mustafayev

Baş məşqçi: Bernhard Raab

“Qəbələ”

30. Anar Nəzirov 
9. Viktor Mendi 
(8. Bruno Da Silva, dəq.41)
11. Yannik Kamanan 
(7. Yaşar Abuzərov, dəq.77)
10. Luis Paulo Hilario
15. Umar Kalabane 
18. Aleksandr Çertoqanov
22. Lourival Rodriqes 
27. Rəşad Abdullayev (k)
(23. Şəhriyar Xəlilov, dəq.90+1)
26. Daniel Lopes Kruz
34. Ürfan Abbasov
84. Dejan Kelhar 

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
19. Rövşən Əmiraslanov
21. Elmar Baxşıyev
35. Tərzin Cahangirov

Baş məşqçi: Ramiz Məmmədov

Ramiz Məmmədov: “Futbolçularımı təbrik edirəm, verdiyim tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Təəssüf ki, Çertoqanov qırmızı vərəqə alaraq komandanı azlıqda qoydu. Onun barəsində tədbir görəcəyik. “Bakı” ilə oyunda itirdiyimiz üç xalı bu gün geri qaytardıq. Son turdakı acı məğlubiyyət uşaqları mənəvi cəhətdən “sındırmışdı”. Futbolçularla fərdi söhbət etmişdim, psixoloji gərginlikdə idilər. Bugünkü oyundan razı qalmasam da, nəticə məni qane edir. Hal-hazırda çempionatın elə zamanıdır ki, bizə əsas nəticə lazımdır”.

Bernhard Raab: “Oyun boyu komandam daha effektiv oynadı, qol imkanları yaratdıq, lakin yararlana bilmədik. Futbolçularıma qol imkanlarından istifadə etmək üçün təcrübə çatışmır”.