"Qəbələ" "Sumqayıt Şəhər"ə qarşı
Xəbərlər / 30 Noyabr 2011 | 20:00947
"Qəbələ" "Sumqayıt Şəhər"ə qarşı

ı112 gündən sonra

Unibank Premyer Liqasının XV turunda “Qəbələ” “Sumqayıt Şəhər”i qəbul edəcək. Bu komandalar arasında 2-ci görüşdür. Güclülər dəstəsinin debütantı ilə ilk matç cari mövsümün əvvəllərinə təsadüf edir. Avqustun 14-də keçirilən səfər matçında “Qəbələ” meydan sahiblərini 2:1 hesabı ilə məğlub etmişdi. 112 gün əvvəl Daniel Lopes Kruz və Luis Paulo Hilario komandamıza qələbə qazandıran qolların müəllifi olmuşdu.

Lakin komandamız Sumqayıtın digər təmsilçiləri ilə dəfələrlə qarşılaşıb. 2005/06 mövsümündə 1-ci dəstədə “Gənclərbirliyi-2” ilə hər 2 matçda qələbə qazanan (4:1, 4:1) komandamız bu rəqibin əsas heyətinə də gücünü göstərib. Güclülər dəstəsinə çıxdıqdan sonra 2006/07 mövsümündə “Gənclərbirliyi”ndən 6 xal alan (2:0, 1:0) futbolçularımız növbəti mövsümdə rəqibinə 1 oyunda 6 qol vurmaqla (6:0, 2:2) diqqət çəkmişdi. Gənclik şəhərinin digər təmsilçisi “Standard”la 2009/10 mövsümünə təsadüf edən hər 2 oyunda da komandamız eyni – 2:1 hesabı ilə üstün olmuşdu. Sumqayıta köçməzdən əvvəlki “Standard”la 4 oyunda “Qəbələ” 3 qələbə qazanıb və 1 dəfə məğlub olub. Lakin 2007/08 (1:0, 1:0) və 2008/09 (0:2, 2::1) mövsümlərində bu rəqib Bakını təmsil edirdi.