«Qəbələ» Sumqayıtdan 3 xalla dönür - Video
Xəbərlər / 14 Oktyabr 2017 | 20:34516
«Qəbələ» Sumqayıtdan 3 xalla dönür - Video

“Sumqayıt” – “Qəbələ” – 0:1

14 oktyabr 2017. Saat 18:00. “Kapital Bank Arena”, 1300 tamaşaçı  

Baş hakim: Rauf Cabbarov 

Baş hakimin köməkçiləri: Elman Musayev, Nahid Əliyev 

Dördüncü hakim: İnqilab Məmmədov  

AFFA nümayəndəsi: Sakin Məmmədzadə   

Hakim-inspektor: Əhmədağa Cabbarov   

Sarı vərəqələr: Rail Məlikov, 37 (qeyri-idman hərəkəti); Bəxtiyar  Həsənalızadə, 54 (qeyri-idman hərəkəti) // Endi Hallidey, 43 (qeyri-idman hərəkəti); Asif Məmmədov, 80 (oyunun bərpasını ləngitdiyinə görə); Dmitri Bezotosnı, 88 (oyunun bərpasını ləngitdiyinə görə)  

Qol: Famoussa Kone, 29

Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.

 

Bu gün Topaz Premyer Liqasında VIII turun növbəti oyunları keçirilib. “Qəbələ” II dövrədəki ilk matçında “Sumqayıt”la qarşılaşıb. “Qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonrakı ilk görüşünü səfərdə keçirib. Baş məşqçi Roman Qriqorçuk I dövrənin son oyunu ilə müqayisədə start heyətində bir sıra dəyişikliklər edib. “Kəpəz”lə ev matçının iştirakçılarından Vojislav Stankoviç, Elvin Məmmədov, Ruslan Qurbanov, Asif Məmmədov və Vitali Vernidub bu dəfə “11-lik”dən kənar qalıb. Ukraynalı mütəxəssis bu dəfə Rasim Ramaldanov, Endi Hallidey, Famoussa Kone, Tellur Mütəllimov və Ekiqo Ehiosuna şans verib.

Oyun qarşılıqlı hücumlarla başlasa da, meydan sahibləri cüzi ərazi üstünlüyünü ələ alıb. Lakin “qırmızı-qaralar” tezliklə bərabərlik yarada bilib. Sağ cinahda fəallıq göstərən Baqali Dabonun qapı önünə ötürmələrindən biri yaddaqalan olub. Amma sumqayıtlılar topu uzaqlaşdırmağı bacarıb. Az sonra qapıçı meydanı yaxınlığında topa yiyələnən Cavid Hüseynovun zərbəsi alınmayıb. Famoussa Konenin yaxın məsafədən zərbəsini isə qolkiper tutub. Dmitri Bezotosnı da ustalığını göstərməyə imkan tapıb. O, topu rəqib futbolçunun ayaqlarından götürə bilib. 29-cu dəqiqədə isə hesab açılıb. Qapıçı ilə təkbətək çıxan Kone rəqibin büdrəyib yıxılmasından yararlanıb. İrəliləyən hücumçu topu nəzarətsiz qalan qapıya göndərib – 1:0. Bu, legionerin “Qəbələ” formasında ilk qolu olub. Buraxılan qoldan sonra “Sumqayıt” futbolçuları irəli atılıb. Bundan yararlanan komandamız fərqi artırmağa yaxın olub. Amma Dabo əlverişli vəziyyətdən istifadə edə bilməyib. Rəqib isə Rəşad Eyyubovun təhlükəli cərimə zərbəsi ilə diqqət çəkib. Top dirəyin yanından ötüb.

İkinci hissə Sumqayıt təmsilçisinin üstünlüyü şəraitində keçib. Məğlubiyyətdən qaçmaq üçün böyük qüvvə ilə irəli atılan meydan sahibləri ardıcıl hücumlar təşkil edib. “Qəbələ” isə hücuma aludə olan rəqibi əks-həmlələrdə yaxalamağa çalışıb. Sol cinahda daha fəal olan “Sumqayıt”ın hava ötürmələri təhlükəli alınsa da, başla qapıya vurulan zərbələri dəf etmək Bezotosnı üçün çətinlik yaratmayıb. Oyunda dönüş yaratmağa çalışan Qriqorçuk Asif Məmmədovla Ruslan Qurbanovu meydana buraxıb. Buna baxmayaraq, qarşılaşma meydan sahiblərinin hücumları ilə başa çatıb.

Beləliklə, “Qəbələ” mövsümdə 5-ci qələbəsini qazanıb və xal hesabını 16-ya çatdırıb.

 

“Sumqayıt”

1. Fərhad Vəliyev

2. Rail Məlikov

(11. Ehtiram Şahverdiyev, 64)

3. Vurğun Hüseynov (k)

5. Vüqar Bəybalayev

(7. Cavid Tağıyev, 32)

9. Amil Yunanov

10. Cavid İmamverdiyev

14. Bəxtiyar Həsənalızadə

18. Tural Axundov

19. Azər Salahlı

32. Rəşad Eyubov

97. Xəyal Nəcəfov

 

Ehtiyat oyunçular:

 

23. Mehdi Cənnətov

6. Kamal Mirzəyev

17. Fərid Kərimzadə

39. Tural Bayramlı

71. Ramazan Həsənov 

 

Baş məşqçi:  Samir Abasov

 

“Qəbələ”

22. Dmitri Bezotosnı

5. Rasim Ramaldanov

8. Qismət Alıyev

9. Baqali Dabo

12. Endi Hallidey

14. Cavid Hüseynov (k)

(11. Asif Məmmədov, 68)

16. Dion Omar Malone

34. Ürfan Abbasov 

45. Famoussa Kone

(10. Ruslan Qurbanov, 79)

88. Tellur Mütəllimov

90. Ekiqo Ehiosun

 

Ehtiyat oyunçular:

 

23. Aqil Məmmədov

35. Murad Popov

4. Elvin Camalov

6. Elvin Məmmədov

7. Alen Akserov

17. Roman Hüseynov

28. Hacıağa Hacıyev

32. Amin Seydiyev

70. Ülvi İsgəndərov

 

Baş məşqçi: Roman Qriqorçuk