«Qəbələ» «Sürix»lə qarşılaşdı - Video
Xəbərlər / 17 Yanvar 2018 | 19:17793
«Qəbələ» «Sürix»lə qarşılaşdı - Video

“Qəbələ” (Azərbaycan) – “Sürix” (İsveçrə) - 0:1

2017-2018-ci illər mövsümünün ikinci yarısına Türkiyənin Antalya şəhərində hazırlaşan “Qəbələ” növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” təlim-məşq toplanışının ilk mərhələsində 2-ci matçına çıxıb. Komandamız İsveçrənin “Sürix” klubu ilə qarşılaşıb. “Kaya Belek” otelinin meydançasında baş tutan görüşdə baş məşqçi Roman Qriqorçuk aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Qismət Alıyev, Vojislav Stankoviç, Vitali Vernidub, Ürfan Abbasov, Asif Məmmədov, Cavid Hüseynov, Stiven Monroz, Filip Ozobiç, Baqali Dabo, Ruslan Qurbanov.

Qarşılıqlı hücumlar şəraitində keçən ilk 45 dəqiqədə qapılara qol vurulmayıb. Fasilədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib. “Qəbələ”də Təmkin Xəlilzadə, Elvin Camalov, Elvin Məmmədov, Famussa Kone, Rasim Ramaldanov, Abbas Ağazadə və Yusif Nəbiyev meydana daxil olub. İkinci hissədə isveçrəlilərin hesabı açıb. Bu, fasilədən 11 dəqiqə sonraya təsadüf edib. 56-cı dəqiqəyə təsadüf edən qol türkiyəli referi Yigit Kurnazın idarə etdiyi matçda yeganə top olub.

Qonşu ölkədəki ilk matçında “Akhisar Bələdiyyəspor”la heç-heçə edən (1:1) “Qəbələ” yanvarın 5-də start götürən hazırlığın 1-ci mərhələsini “Sürix”lə qarşılaşma ilə başa vurub. Qarşılaşmadan sonra üç günlük istirahətə buraxılan komanda hazırlıqlarını yanvarın 21-dən Antalyada davam etdirəcək.