«Qəbələ» taekvondoçusundan qızıl medal
Taekvondo / 10 Dekabr 2016 | 00:03834
«Qəbələ» taekvondoçusundan qızıl medal

Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun taekvondoçusu Milad Beigi Harçeqani növbəti titulunu qazanıb. Təmsilçimiz Bakıda keçirilən taekvondo üzrə “Qran-pri” yarışının final mərhələsinin qalibi olub.  80 kq çəki dərəcəsində çıxış edən idmançımız avstraliyalı Hayder Şkara və koreyalı Hun Kimə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə meksikalı Rene Lizarraqa üzərində böyükhesablı qələbə əldə edən Milad həlledici döyüşdə misirli Seif Eissay ilə üz-üzə gəlib. Bu görüşdə də qalib gələn idmançımız “Qran-pri” turnirinin final mərhələsinin çempionu olub. Bununla da, təmsilçimizin reytinqinə 80 xal əlavə edilib və o, 6000 ABŞ dollar məbləğində pul mükafatı qazanıb.