«Qəbələ» tilsimi paytaxtda qırdı, «Qarabağ» məğlub edildi
Oyun icmalı / 31 Oktyabr 2012 | 13:57716
«Qəbələ» tilsimi paytaxtda qırdı, «Qarabağ» məğlub edildi

"Qarabağ" - "Qəbələ" 1:2

31 oktyabr 2012. Saat 15:00. T.Bəhramov adına Respublika stadionu. 500 tamaşaçı
Baş hakim: Vüsal Əliyev
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Azər Əsgərov
Dördüncu hakim: Ramiz Məhərrəmov
AFFA nümayəndəsi:  Sakin Məmmədzadə
Hakim-inspektor:  Gülağa Cabarov
Sarı vərəqələr: Elnur Abdulov, 35 (qeyri-idman hərəkəti); Vüqar Nadirov, 65 (qeyri-idman hərəkəti); Qara Qarayev, 78 (qeyri-idman hərəkəti) // Aleksandr Çertoqanov, 83 (qeyri-idman hərəkəti)  
Qollar: Muarem Muarem, 59 // Rəşad Abdullayev, 32; Luis Paulo Hilario, 34
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Ötən turda "Turan"a məğlubiyyətdən sonra növbəti matça hazırlaşmaq nə qədər çətin olsa da,“Qəbələ” futbolçuları “Qarabağ”la görüşə nikbin əhvalruhiyyədə çıxmışdılar. Səfərdə 
optimal heyətlə meydançaya çıxan komandamız mövsümdə ən yaxşı oyunlarından birini keçirdi. Xüsusilə ilk hissədə futbolçularımız rəqibə göz açmağa imkan vermədilər. Ardıcıl hücumlar 32-ci dəqiqədə bəhrəsini verdi. Rəşad Abdullayev təxminən 20 metrlik məsafədən qapıya qarşısıalınmaz zərbə endirdi. Meydan sahibləri qolun şokundan ayılmamış “Qəbələ” 
ikinci dəfə fərqləndi. Çoxgedişli hücum zamanı Yannik Kamananın əla ötürməsini Viktor Mendi məntiqi sonluğa çatdırdı - 2:0. “Qarabağ” yalnız fasilədən sonra bir az fəallaşdı. Əslində, bu 
taktiki gediş idi. Diqqəti müdafiəyə ayıran komandamız əsasən əks hücumlara  keçməyi planlaşdırırdı. 
“Qarabağ”ın ikinci hissədəki nisbi üstünlüyü 59-cu dəqiqədə qolla nəticələndi. Meydan sahiblərinin fəallığına rəğmən “Qəbələ” hesabı sonadək qorumağı bacardı. Bununla da, axırıncı dəfə avqustun 26-da “Sumqayıt”a qalib gələn komandamız iki aylıq fasilədən sonra Premyer Liqada növbəti qələbəsini qazandı. Bu, həm də sentyabrda baş məşqçi təyin edilən Ramiz Məmmədovun ilk qalibiyyəti idi. Altı turdan sonra qələbəyə sevinən “Qəbələ” çempionatın I 
dövrəsini 9-cu pillədə başa vurdu. 

“Qarabağ”

89. Miro Varvodiç
2. Qara Qarayev
7. Namiq Yusifov (k)
(17. Vüqar Nadirov, dəq.46)
10. Muarem Muarem
(33. Selim Mostafa, dəq.72)
11. Rauf Əliyev 
16. Elnur Abdulov 
(70. Vaqif Cavadov, dəq.46)
18. İlqar Qurbanov 
20. Riçard Almeyda
24. Admir Teli 
44. Eltun Yaqublu
55. Bədavi Hüseynov 

Ehtiyat oyunçular:

1. Fərhad Vəliyev 
4. Zaur Həşimov
6. Hacı Əhmədov
21. Təmkin Xəlilzadə

Baş məşqçi: Qurban Qurbanov

 

“Qəbələ”

30. Anar Nəzirov 
22. Lourival Rodriqes 
(88. Nodar Məmmədov, dəq.86)
10. Luis Paulo Hilario
11. Yannik Kamanan
(9. Viktor Mendi, dəq.63)
15. Umar Kalabane 
18. Aleksandr Çertoqanov 
8. Bruno Da Silva 
(7. Yaşar Abuzərov, dəq.76)
26. Daniel Lopes Kruz
27. Rəşad Abdullayev (k) 
84. Dejan Kelhar 
34. Ürfan Abbasov

Ehtiyat oyunçular:

25. Dieqo Kosta Silva
21. Elmar Baxşıyev
35. Tərzin Cahangirov 
5. Muammer Erdoğdu

Baş məşqçi: Ramiz Məmmədov

Ramiz Məmmədov: “”Turan” məğlubiyyətindən sonra komandaya növbəti oyunda mütləq qələbə qazanmağın vacibliyini bildirmişdim. Futbolçular tapşırıqları yerinə yetirdilər, qələbə qazandıq. Biz bu gün yaxşı oynadıq. Anar Nəzirovun start heyətində meydana çıxması millinin də xeyrinə olan amildir. Kamran Ağayevin yoxluğunda onun milliyə kömək edəcəyinə inanıram. Anar Nəzirov meydanda ən yaxşılardan idi. Dieqo isə artıq çəkisini azaldıb. Yaxın günlərdə onun da heyətə dönəcəyinə inanıram”.

Qurban Qurbanov: “Komandada ciddi problemlər var. Bütün bunlar göz qabağındadır, bunu danmaq olmaz. Təəssüf ki, bu gün oyunumuz alınmadı. Daha doğrusu, rəqib istədiyimiz oyunu sərgiləməyə imkan vermədi. Rauf Əliyevin hücumun sivri ucunda oynamasını planlaşdırmışdıq. Ancaq rəqib buna imkan vermədi, Rauf tez-tez topu almaq üçün meydanın mərkəzinə qədər geri çəkilirdi. Problemləri konkret kiminsə üstünə atmaq düzgün olmazdı. Bu, bütün kollektivin xətasıdır. Elnur Abdulov və bir neçə gənc futbolçu məşqlərdə özlərini yaxşı tərəfdən göstərdikləri üçün start heyətdə yer almışdılar. Əvəzetmələrə gəlincə, meydana sonradan çıxanlar yaxşı oynamadılar. Meydana girdikləri yalnız ilk 15 dəqiqədə nəsə etməyə çalışdılar”.