«Qəbələ» «Vitoria»nın qapıçısı ilə anlaşdı
Xəbərlər / 29 İyun 2012 | 11:56259
«Qəbələ» «Vitoria»nın qapıçısı ilə anlaşdı

2012-2013 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini reallaşdırıb. Son iki mövsümü Portuqaliya Superliqasında “Vitoria" Setubalın heyətində keçirən braziliyalı Dieqo Koşta da Silva “Qəbələ” ilə 2 illik müqavilə imzalayıb. Kiperin Portuqaliya klubu ilə müqaviləsi davam etsə də, anlaşma tərəflərin qarşılıqlı razılaşması ilə ləğv edilib və “Vitoria" Setubal qapıçının “Qəbələ”yə keçidinə icazə verib. Dieqo Koşta imzadan öncə İstanbul Acıbadem xəstəxanasında tibbi müayinədən keçib.

Braziliyada - İtaki bölgəsində anadan olan Dieqo Koşta peşəkar karyerasına doğma ölkəsində 1998-ci ildə “Yuventud” klubunda başlayıb. 2002-ci ilə qədər sözügedən komandanın çərçivəsini qoruyan Dieqo daha sonra “Atletiko PR” (Braziliya, 2003- 2005), “Fluminense” (Braziliya, 2006-2008), “Santo Andre” (Braziliya, 2009), “Leiksos” (Portuqaliya, 2009-2010) və “Vitoria" Setubalın  (Portuqaliya, 2010-2012) 1 nömrəli formasını geyinib. Dieqo ötən mövsüm Portuqliya mətbuatı tərəfindən ilin ən yaxşı qapıçısı seçilib. 

Dosye

Dieqo Koşta da Silva
Amplua: Qapıçı
Doğulduğu tarix: 11.05.1979 
Doğulduğu yer: İtaki, Braziliya
Boyu: 1,87 m