«Qəbələ»-«Xəzər Lənkəran» matçı fərqli məkanda
Xəbərlər / 16 Fevral 2012 | 20:0097
«Qəbələ»-«Xəzər Lənkəran» matçı fərqli məkanda

Qeyri-sabit və qarlı hava şəraiti Unibank Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” matçının məkanının dəyişdirilməsinə səbəb olub. Belə ki, Qəbələ Şəhər Stadionu qar örtüyü altında qaldığına görə qarşılaşma "Qəbələ" Futbol Klubunun Qəbələ Rayonu Böyük Əmili kəndində yerləşən məşq bazasında baş tutacaq. Sözügedən süni ot örtüklü stadion “Qəbələ” FK tərəfindən inşa olunub və bütün müasir standartlara cavab verir. 

Xatırladaq ki, Unibank Premyer Liqasının təsnifat mərhələsinin ikinci dövrəsində keçirilən “Qəbələ” – “Sumqayıt Şəhər” matçı da eyni səbəbdən Böyük Əmilidə baş tutmuşdu.