«Qəbələ» xoşuma gəldi»
Xəbərlər / 28 Yanvar 2012 | 20:00786
«Qəbələ» xoşuma gəldi»

Xəbər verdiyimiz kimi, komandamızın Antalyadakı 3-cü matçını – “Qəbələ”-“Vitorul Konstanta” qarşılaşmasını izləyənlər arasında rəqib klubun sahibi George Haci də olub. Oyun boyu klub rəsmiləri ilə epizodları müzakirə edən Haci qarşılaşmadan sonra “Qəbələ” haqda fikirlərini gabalafc.az-la bölüşüb:

“Qarşılaşma maraqlı alındı. “Qəbələ” haqda elə də məlumatım yox idi. Amma yaxşı komandadır. Oyunu xoşuma gəldi. Heyətdə istedadlı gənc futbolçular var. “Qəbələ”yə uğurlar arzulayıram”.