«Qəbələ»-«Yagelloniya» oyununun biletləri satışda
Xəbərlər / 10 İyul 2017 | 14:14468
«Qəbələ»-«Yagelloniya» oyununun biletləri satışda

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Qəbələ" - "Yagelloniya" (Polşa) oyununun biletləri satışa çıxarılıb.  Biletləri bu gün saat 15:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun ("Gənclik" metrosu yaxınlığı) və "Bakcell Arena"nın (8-ci km stadionu) kassalarından almaq olar. Qiymətlər sektorlardan asılı olaraq, 1 manat və 2 manat, VİP sektorlar üçün isə 10 manatdır.

Qeyd edək ki, iyulun 13-də "Bakcell Arena"da (8-ci km stadionu) keçiriləcək "Qəbələ" - "Yagelloniya" matçı saat 21:00-da başlayacaq.