«Qəbələ»-«Yagelloniya» oyununun hakimləri müəyyənləşdi
Xəbərlər / 10 İyul 2017 | 17:14239
«Qəbələ»-«Yagelloniya» oyununun hakimləri müəyyənləşdi

“Qəbələ”nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçirəcəyi ilk oyununun hakimləri müəyyənləşib. İyulun 13-də Bakıda Polşanın “Yagelloniya” klubu ilə keçiriləcək görüşü almaniyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Marko Frits olacaq.
“Qəbələ” – “Yagelloniya” oyunu Bakıdakı “Bakcell Arena”da keçiriləcək. Matç saat 21:00-da başlayacaq.

UEFA Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun
13 iyul
21:00. “Qəbələ” – “Yagelloniya” (Polşa)
Baş hakim: Marko Frits (Almaniya)
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim (hər ikisi Almaniya)
Dördüncü hakim: Quido Uinkmann (Almaniya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
Bakı. “Bakcell Arena”