«Qəbələ» yığma ilə sülh bağladı
Xəbərlər / 13 İyun 2012 | 09:48272
«Qəbələ» yığma ilə sülh bağladı

“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası “Dalğa Arena”da Azərbaycanın U-14 yığması ilə üz-üzə gəlib. Yoxlama məqsədi ilə keçirilən matçın ilk hissəsi “Qəbələ”nin 1:0-lıq üstünlüyü ilə yekunlaşıb. Kənan Rəfiyev ilk yarım saatın komandasının xeyrinə yekunlaşmasını təmin edib. İkinci hissəyə də fəal başlayan tərəf “Qəbələ” olub. Bu aktivliyin nəticəsi kimi Nurlan Quliyev hesab arasındakı fərqi ikiyə çatdırıb - 2:0. Qapısında gördüyü qoldan sonra toparlanmağa başlayan ölkə millisi matçın sonuna kimi hesabı bərabərləşdirməyi bacarıb. Komandamızın qapısından bərabərlik qolunu “Qəbələ”dən yığmaya cəlb olunmuş Azər İsmayılov keçirib. Azərdən başqa milli komandanın heyətində “Qəbələ”ni təmsil edən Sahil Zeynalov, Baxşəli Baxşəliyev, Turan Manafov, Süleyman Süleymanov öz komandalarına qarşı mübarizə aparıblar.