«Qəbələ» yoxlama oyunu keçirdi
Xəbərlər / 8 Sentyabr 2018 | 22:00727
«Qəbələ» yoxlama oyunu keçirdi

“Qəbələ” – “Zirə” – 0:2

Adrian Skarlatake, 31, Vüsal İsgəndərli, 40

“Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirib. “Qırmızı-qaralar” “Zirə” ilə üz-üzə gəlib. 4 gün öncə I divizion təmsilçisi MOİK-i 4 cavabsız qolla məğlub edən Sənan Qurbanovun yetirmələri qəsəbə klubu ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda qarşılaşıb. “Qəbələ” oyuna aşağıdakı start heyəti ilə başlayıb: Dmitri Bezotosnı, İlqar Qurbanov, Elvin Camalov, Vojislav Stankoviç, Abbas Ağazadə, Asif Məmmədov, Roman Hüseynov, Samir Qurbanov, Ceyms Adeniyi, Əli Sadıxov, Stiven Monroz.

Qarşılıqlı hücumlarla keçən matçın ilk yarısında paytaxt təmsilçisi iki qol vurub. Adrian Skarlatake 31-ci, Vüsal İsgəndərli 40-cı dəqiqədə fərqlənib. Fasilədə və ikinci hissənin gedişində hər iki komanda oyunçu dəyişikliklərindən istifadə edib. “Qırmızı-qaralar”ın heyətində Faiq Hacıyevlə Rüstəm Nuriyev meydana daxil olub. Lakin komandaların səylərinə baxmayaraq ikinci hissədə hesab dəyişməyib.