«Qəbələ» yoxlama oyunu keçirdi
Xəbərlər / 10 Avqust 2020 | 20:51388
«Qəbələ» yoxlama oyunu keçirdi

“Sabah” – “Qəbələ” – 2:0

Abbas Ağazadə, Məhəmməd Mirzəbəyov

Yeni mövsümün hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” “Sabah”la qarşılaşıb. Oyun Bakıdakı “Əlincə Arena”da baş tutub.

Komandamızın çalışdırıcısı Elmar Baxşıyev matçda aşağıdakı start “11-liy”inə şans verib: Anar Nəzirov, İdris İnqilablı, Murad Musayev, Sadiq Quliyev, Yusif Nəbiyev, Merab Qiqauri, Asif Məmmədov, Rodriqo Qattas, Rövlan Muradov, Ülvi İsgəndərov, Nikolas Raysel.

Qarşılıqlı hücumlarla keçən ilk 45 dəqiqədə bir qol vurulub. Fasiləyə az qalmış meydan sahibləri hesabda önə keçib. İlk yarıdan sonra hər iki komandada dəyişikliklər olub. “Qəbələ”nin heyətində Roman Hüseynov, Cavid Hüseynov, Ehtiram Şahverdiyev meydana daxil olub. İkinci hissədə daha bir qol vurulub. Meydan sahibləri fasilədən az sonra fərqi iki topa çatdırıb – 2:0

Xatırladaq ki, Azərbaycan Premyer Liqasında 2020-2021-ci illər mövsümünə avqustun 21-də start veriləcək.