«Qəbələ» yoxlama oyunu keçirdi
Xəbərlər / 4 Sentyabr 2021 | 19:04328
«Qəbələ» yoxlama oyunu keçirdi

“Qəbələ” Premyer Liqanın III turunun hazırlığını davam etdirir. “Qırmızı-qaralar” milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirib. “Qırmızı-qaralar” I divizionda mövsümün startına hazırlaşan “Qəbələ-2” ilə üz-üzə gəlib. Elmar Baxşıyevin baş məşqçisi olduğu əsas komanda 4:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, “Qəbələ” və “Qəbələ-2” beş gün öncə də yoxlama görüşündə üz-üzə gəlib. Əsas komanda həmin qarşılaşmada 4:1 hesablı qələbə qazanıb.