«Qəbələ» yoxlama oyunu keçirdi - Fotoreportaj
Xəbərlər / 31 İyul 2018 | 21:28997
«Qəbələ» yoxlama oyunu keçirdi - Fotoreportaj

“Qəbələ” – “Qəbələ” (əvəzedicilər) – 2:1
Rauf Əliyev, 11-p., Ceyms Adeniyi, 75 - Rövşən Şahmuradov, 67

Topaz Premyer Liqasının 2018/19 mövsümünə hazırlaşan “Qəbələ” yoxlama oyunu keçirib. Sənan Qurbanovun yetirmələri klubumuzun əvəzedici komandası ilə qarşılaşıb. Matç “Bakı” FK-nın təlim-məşq bazasında baş tutub. “Qırmızı-qaralar” qarşılaşmaya aşağıdakı heyətlə başlayıb: Dmitri Bezotosnı, İlqar Qurbanov, Rasim Ramaldanov, Bəhlul Mustafazadə, Ürfan Abbasov, Sabien Lilay, Asif Məmmədov, Stiven Monroz, Ceyms Adeniyi, Təmkin Xəlilzadə, Rauf Əliyev.

Əvəzedicilərin baş məşqçisi Emin İmaməliyev isə bu “11-liy”ə güvənib: Əmrah Zülfüqarlı, Xəyal Muradov, Xəyal Əmirli, Nicat Əliyev, Arsen Ağcabəyov, Təbriz İsazadə İdris İnqilablı, Rüstəm Nuriyev, Əli Sadıxov, Samir Qurbanov, Azər İsmayılov.

Matçda hesabı əsas komanda açıb. 11-ci dəqiqədə Rauf Əliyev penaltidən fərqlənib. Fasiləyədək tərəflər hesabı dəyişə bilməyib.

Oyunun gedişində Qurbanov Murad Popov, Abbas Ağazadə, Haciağa Hacıyev, Faiq Hacıyev, Qismət Alıyev, Roman Hüseynov, Cavid Hüseynov, Lalavele Atakora və Amin Seydiyevə də şans verib. İkinci hissədə qapılara daha 2 qol vurulub. Öncə əvəzedicilər hesabda tarazlıq yaradıb. 67-ci dəqiqədə Rövşən Şahmuradov  bərabərlik qoluna imza atıb. 8 dəqiqə sonra Qurbanovun yetirmələri hesabda yenidən önə çıxıb. Ceyms Adeniyi qələbə qolunun müəllifi olub – 2:1.

Xatırladaq ki, “Qəbələ” Premyer Liqa öncəsi son yoxlama oyununu avqustun 4-də “Keşlə”yə qarşı keçirəcək.