«Qəbələ» yoxlama oyununda qalib gəldi
Xəbərlər / 13 Oktyabr 2018 | 18:28475
«Qəbələ» yoxlama oyununda qalib gəldi

“Qəbələ” – “Səbail” – 1:0

Ceyms Adeniyi, 65 

Topaz Premyer Liqasının II dövrəsinin hazırlıqlarını davam etdirən “Qəbələ” yoxlama oyunu keçirib. “Qırmızı-qaralar” “Səbail”lə üz-üzə gəlib. Görüş “Baki” FK-nın təlim-məşq meydanında baş tutub. Komandamız matça aşağıdakı “11-lik”lə başlayıb: Aqil Məmmədov, Vojislav Stankoviç, Rasim Ramaldanov, İlqar Məmmədov, Abbas Hüseynov, Elvin Camalov, Cavid Hüseynov, Ceyms Adeniyi, Asif Məmmədov, Rauf Əliyev, Stiven Monroz.

Yoxlama oyunu qarşılıqlı hücumlar şəraitində keçib. İlk hissəsi qolsuz başa çatan matçda hesab fasilədən sonra açılıb. Oyunun 65-ci dəqiqəsində Ceyms Adeniyi fərqlənib. Görüşün 80-ci dəqiqəsində “qırmızı-qaralar”ın heyətində dəyişiklik edilib. Rauf Əliyevi Roman Hüseynov əvəzləyib. Adeniyinin vurduğu top qarşılaşmada yeganə olub və “Qəbələ” meydandan qələbə ilə ayrılıb – 1:0.