«Qəbələ» yoxlama oyununda qalib gəldi
Xəbərlər / 16 Noyabr 2019 | 18:50559
«Qəbələ» yoxlama oyununda qalib gəldi

“Səbail” – “Qəbələ” – 2:3

Eriko da Silva, 15, Elton Yaqublu, 56 (pen.) // Asif Məmmədov, 41, Sadiq Quliyev, 43, Samir Məhərrəmli, 70

“Qəbələ” Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə yoxlama görüşü keçirib. “Qırmızı-qaralar” çempionatın ötən turunda qarşılaşdığı “Səbail”lə üz-üzə gəlib. Bu dəfə komandalar Bakıda görüşüblər. Komandamızın çalışdırıcısı Elmar Baxşıyev start heyətində aşağıdakı futbolçulara şans verib: Tərlan Əhmədli, Sadiq Quliyev, Murad Musayev, Yusif Nəbiyev, Qismət Alıyev, Merab Qiqauri, Samir Məhərrəmli, Roman Hüseynov, Ülvi İsgəndərov, Asif Məmmədov, Kristian Kouakou.

“ASCO Arena”dakı matç məhsuldar alınıb. 5 qolun vurulduğu görüşdə hesabı meydan sahibləri açıblar. Eriko da Silva 15-ci dəqiqədə fərqlənib. İlk yarının sonlarında öncə Asif Məmmədov tarazlıq yaradıb, ardınca Sadiq Quliyev “qırmızı-qaralar”ı önə çıxarıb – 2:1. İkinci hissədə hər iki komandanın heyətində oyunçu dəyişiklikləri gerçəkləşib.  “Qəbələ”də Davit Volkov, İvitsa Juniç, Fernan Lopez, Faiq Hacıyev, Rüstəm Nuriyev meydana daxil olublar. Fasilədən az sonra bakılılar Elton Yaqublunun penalti zərbəsi ilə bərabərlik qoluna imza atsalar da, “Qəbələ” daha bir dəfə fərqlənib. 70-ci dəqiqədə Samir Məhərrəmli paytaxt təmsilçisinin qapısına yol tapıb.

Beləliklə, “Qəbələ” yoxlama oyununda 3:2 hesablı qələbə qazanıb.