«Qəbələ»-«Zirə»: 11-ci duel
Xəbərlər / 7 Sentyabr 2017 | 21:06171
«Qəbələ»-«Zirə»: 11-ci duel

Bu həftə Topaz Premyer Liqasında fasiləyə yekun vurulacaq. Milli komandaların oyunlarından sonra baş tutacaq IV turda “Qəbələ” “Zirə” ilə qarşılaşacaq. “Qırmızı-qaralar” çempionatın liderini evdə qəbul edəcək. Sentyabrın 9-da baş tutacaq görüş Qəbələ şəhər stadionunda keçiriləcək. Oyun rəqiblər arasında 11-ci duel olacaq.
İlk dəfə cəmi iki il öncə - 2015-ci il oktyabrında üz-üzə gələn komandalar həm Premyer Liqa, həm Azərbaycan kubokunda qarşılaşıb. Son iki mövsümdə 8 çempionat oyunu ilə 2 kubok matçında “Qəbələ” ilə “Zirə” münasibətlərini aydınlaşdırıb.
Bu 10 qarşılaşmada “qırmızı-qaralar” 5 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə uduzub. 17 qol vuran komandamız 8 top buraxıb.
Premyer Liqadakı 8 görüşdə isə 3 dəfə “qırmızı-qaralar”, 2 dəfə paytaxt təmsilçisi qalib gəlib. 3 dəfə isə rəqiblər hərəyə 1 xal əldə edib. 10 qol vuran “Qəbələ” 6 top buraxıb. Komandalar 6-cı dəfə “qırmızı-qaralar”ın meydanında görüşəcək. Öz meydanında 2 qələbə və 2 heç-heçəsi olan komandamız 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qoluna qonaqlar 4 topla cavab verib.
Ümumilikdə son 5 görüşdə rəqibinə uduzmayan “Qəbələ” 8 matçdır meydanı qolsuz tərk etmir. “Qırmızı-qaralar”ın qəsəbə təmsilçisinin qapısından keçirdiyi 17 qola gəlincə, 10 futbolçumuz fərqlənməyi bacarıb. Bu duellərdə ən məhsuldar oyunçumuz Aleksey Qaydır. O, rəqib qapısından 4 top keçirib. Ermin Zets 3, Teo Uiks və indi də “Qəbələ”nin uğurları üçün çalışan Filip Ozobiç isə hərəyə 2 qola sevinib.

2015/16 mövsümü

25.10.2015. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 0:0

16.12.2015. Premyer Liqa. Zirə - Qəbələ - 1:0
Nicat Qurbanov, 24

02.03.2016. Azərbaycan kuboku. Zirə - Qəbələ - 1:2
Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84

09.03.2016. Azərbaycan kuboku. Qəbələ - Zirə (Bakı) - 5:1
Aleksey Qay, 5, 12; Rəşad Sadiqov, 17; Rəşad Eyubov, 65; Ermin Zets, 79 // Nurlan Novruzov, 36

13.03.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:2
Aleksey Qay, 17 //  Nelson Bonilla, 40, 84

07.05.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:3
Rafael Santos, 26, Ermin Zets, 47, 79

2016/17 mövsümü

25.09.2016. Premyer Liqa. Zirə - Qəbələ - 0:2
Teo Uiks, 19;76

19.11.2016. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:0
Filip Ozobiç, 52

12.02.2017. Premyer Liqa. Zirə - Qəbələ - 2:2
Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88

02.04.2017. Premyer Liqa. Qəbələ - Zirə (Bakı) - 1:1
Sergey Zenyov, 8 // Sezar Meza Kolli, 61