«Qəbələ» «Zirə» ilə oyunun hazırlığına start verdi
Xəbərlər / 1 Sentyabr 2017 | 01:00392
«Qəbələ» «Zirə» ilə oyunun hazırlığına start verdi

Topaz Premyer Liqasının III turunun “Qarabağ”la avqustun 26-da keçirilən oyunundan (1:2) sonra istirahətə buraxılan “Qəbələ” futbolçuları bir araya gəlib. “Qırmızı-qaralar” avqustun 31-də hazırlıqlara start verib. Komandamız IV turun sentyabrın 9-da keçiriləcək “Zirə” ilə ev matçının hazırlıqlarına Bakıda başlayıb. Hazırlığın ilk günündə futbolçular fiziki və bərpaedici məşqlə kifayətlənib. Məşqdə milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyib.