«Qəbələ» - «Zirə» matçının hakimləri müəyyənləşdi
Xəbərlər / 8 Sentyabr 2017 | 19:22267
«Qəbələ» - «Zirə» matçının hakimləri müəyyənləşdi

Topaz Premyer Liqasında IV turun təyinatları açıqlanıb. Sabah start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri müəyyənləşib. Turun mərkəzi oyununda “Zirə” ilə görüşəcək “Qəbələ”nin də matçına təyinatlar bəlli olub. Sentyabrın 9-da keçiriləcək oyunu Ömər Paşayev idarə edəcək. Onun köməkçiləri Namiq Hüseynovla Vüqar Bayramov olacaq. Dördüncü hakim funksiyasını Rauf Cabbarov idarə edəcək. Matçın AFFA nümayəndəsi Rauf Əmirov, hakim-inspektor Vüsal Əliyev olacaq.
Xatırladaq ki, sentyabrın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Zirə” matçı saat 20:30-da başlayacaq.

Topaz Premyer Liqası
IV tur
9 sentyabr (şənbə)
20:30. “Qəbələ” – “Zirə”
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Vüqar Bayramov 
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu