Topaz Premyer Liqasının XIII turunun “Qəbələ” – “Zirə” oyunu təxirə salınıb. Bu gün keçirilməli olan qarşılaşma qatı duman səbəbindən dayandırılıb. Bu üzdən görüşü idarə edən hakimlər briqadası Qəbələ şəhər stadionundakı matçı 58-ci dəqiqədə saxlamalı olub.
Hesab 0:0 olarkən dayandırılan “Qəbələ” – “Zirə” oyununun sabah – dekabrın 3-də davam etdirilməsi qərara alınıb. Matçın oynanılmayan hissəsi saat 13:00-da bərpa olunacaq.