«Qəbələ» Zirədən 1 xalla dönür
Xəbərlər / 12 Fevral 2017 | 19:22421
«Qəbələ» Zirədən 1 xalla dönür

“Zirə” – “Qəbələ” – 2:2
12 fevral 2017. Saat 16:30. Zirə İdman Kompleksinin stadionu, 1100 tamaşaçı  
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeylanov, Rza Məmmədov          
Dördüncü hakim: Rauf Cabbarov 
AFFA nümayəndəsi: Mübariz Hüseynov  
Hakim-inspektor: Murad Məmmədov
Sarı vərəqələr: Təmkin Xəlilzadə, 59 (qeyri-idman hərəkəti); Viktor İqbekoyi, 72 (qeyri-idman hərəkəti); Adil Nağıyev, 78 (qeyri-idman hərəkəti); Vüqar Mustafayev, 82 (qeyri-idman hərəkəti) // Rasim Ramaldanov, 57 (qeyri-idman hərəkəti), 74 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 66 (qeyri-idman hərəkəti); Daniel Subotiç, 90+3 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqə: Rasim Ramaldanov, 74
Qollar: Viktor İqbekoyi, 53; Riçard Qadze, 90+4 // Daniel Subotiç, 37; Filip Ozobiç, 88 
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə 4 dəq.

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. “Qəbələ” səfərdə “Zirə” ilə qarşılaşıb. Növbəti tur çempionatın lideri “Qarabağ”la qarşılaşacaq “qırmızı-qaralar” xal fərqinin böyüməməsi üçün meydana qələbə iddiası ilə çıxıb. Mövsümün ikinci yarısında ilk səfər qarşılaşmasına çıxan komandamız ötən turla müqayisədə matça start heyətində 2 dəyişikliklə başlayıb. Rəşad Sadiqov və Vitali Vernidubun yoxluğunda Roman Qriqorçuk Rasim Ramaldanovla Sergey Zenyova güvənib. Rasim üçün bu görüş “Qəbələ”də debüt oyunu olub.
Komandalar oyuna kəşfiyyatla başlayıb. Bu üzdən də qarşılaşmanın startı sakit məcrada keçib. Az keçməmiş “qırmızı-qaralar” ərazi üstünlüyünə yiyələnib. Lakin “Qəbələ” futbolçuları uzun müddət meydan sahiblərinin müdafiə səddini yarmaqda çətinlik çəkib. Oyununu əks-hücumlar üzərində quran “Zirə”nin arxa xətdəki etibarlı oyunu sayəsində hesab açılana qədər komandamızın qol imkanları olmayıb. Düzdür, Rasim Ramaldanov hücuma qoşulduğu epizodlarda 2 dəfə baş zərbəsi ilə fərqlənməyə cəhd edib. Bir epizodda isə Filip Ozobiç qapıçı ilə təkbətək çıxmağa yaxın olsa da, müdafiəçilər onu qabaqlayıb. Hesab isə 37-ci dəqiqədə açılıb. Sağ cinahda fərdi ustalığı sayəsində bir neçə rəqibdən sıyrılıb, cərimə meydanına qədər irəliləyən Sergey Zenyov qapı xəttinə paralel ötürmə verib. Uzaq dirəyin önündə qərarlaşan Daniel Subotiç təxminən yarım metrdən topu boş qapıya göndərib – 1:0. Bu onun 14-ü çempionatda olmaqla “Qəbələ”də vurduğu 15-ci top olub. Təxminən 9 dəqiqə sonra “qırmızı-qaralar” oxşar vəziyyət yaradıb. Zenyov bu dəfə topu nisbətən arxaya, 11 metrlik nöqtə yaxınlığına ötürüb. Nəzarətsiz qalan Ozobiç qolkiperin də tərk etdiyi qapını dəqiq nişan alıb. Lakin qapı xəttinin üzərində olan rəqib müdafiəçi qola imkan verməyib. 
İkinci hissəyə paytaxt təmsilçisi nisbətən fəal başlayıb. 54-cu dəqiqədə meydan sahibləri istəyinə çatıb. Künc zərbəsindən sonra Viktor İqbekoyi hesabda tarazlıq yaradıb – 1:1. Bu qoldan sonra “Qəbələ” böyük qüvvə ilə irəli atılıb ki, bu da “Zirə” üçün sürətli əks-hücum imkanlarını artırıb. Roman Qriqorçuk ön xətti gücləndirmək üçün Araz Abdullayevi meydana buraxıb. Məhz onun cinahdan cərimə meydanına ötürməsindən sonra Zenyov qapıçı ilə üz-üzə gəlib. Qapıçının dəf etdiyi top estoniyalıya çarparaq qapı istiqamətində hərəkət edib. Akim Latifunun topu qapı xəttinin üzərindən çıxarması hesabın dəyişməsinə imkan verməyib. 74-cü dəqiqədə mübahisəli epizodda ikinci sarı vərəqəni alan Ramaldanov komandanı azlıqda qoyub. Belə vəziyyətdə Qriqorçuk Məhəmməd Mirzəbəyovu sol cinaha buraxmaqla Ürfan Abbasovu mərkəzə çəkmək məcburiyyətində qalıb. Bundan sonra da hücumlarını davam etdirən “qırmızı-qaralar” iki cərimə zərbəsi ilə diqqət çəkib. Amma Filip Ozobiçlə Nika Kvekveskirinin zərbələrində dəqiqlik çatmayıb. Lakin Filip çempionatda qol hesabını artıra bilib. Cavid Hüseynovun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan yarımmüdafiəçi topu uzaq küncə göndərib. Bu, çempionatın bombardiri olan xorvatiyalı mövsümdə 10-cu qoluna imza atıb. Son dəqiqələrdə bütün qüvvə ilə irəli atılan zirəlilər uzatma dəqiqələrində bərabərlik qoluna imza ata bilib. Meydan sahibləri yenə künc zərbəsindən sonra fərqlənib – 2:2.
Beləliklə, “Qəbələ” 2017-ci ilin ilk səfər oyunundan 1 xalla ayrılıb.

“Zirə”
1. Anar Nəzirov
23. Yovan Krneta
5. Adil Nağıyev
39. Sadiq Quliyev
(9. Nurlan Novruzov, 89)
16. Akim Latifu
28. Təmkin Xəlilzadə
6. Vüqar Mustafayev
11. Viktor İqbekoyi
(8. Milan Duriç, 85)
7. Amadu Sanqar
(92. Cavid Tağıyev, 53)
10. Elvin Məmmədov (k)
43. Riçard Qadze

Ehtiyat oyunçular:
85. Kamal Bayramov
13. Aleksandr Şemonayev
44. Migel Lorenso
32. Sahil Cəfərov 

Baş məşqçi: Ayxan Abbasov

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
5. Rasim Ramaldanov
7. Nika Kvekveskiri
9. Sergey Zenyov
(17. Məhəmməd Mirzəbəyov, 77)
10. Ruslan Qurbanov
(77. Araz Abdullayev, 64)
14.Cavid Hüseynov (k)
19. Filip Ozobiç
(4. Elvin Camalov, 90+2)
31. Daniel Subotiç
34. Urfan Abbasov
88. Tellur Mütəllimov

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
18. Baqali Dabo
21. Roman Hüseynov
27. Teo Viks

Baş məşqçi: Roman Qriqorçuk