Qəbələdə atıcılıq üzrə ilk birincilik
Atıcılıq / 12 May 2014 | 06:311263
Qəbələdə atıcılıq üzrə ilk birincilik

Qəbələ şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş  “Qəbələ” Atıcılıq Klubunun  Stend atıcılığı üzrə Yeniyetmələr arasında İlk Birinciliyi keçirilib.
Yarışın açılış mərasimində klubun Vitse prezidenti   Elvin İsmayılov və Qəbələ şəhərinin Gənclər və İdman üzrə idarəsinin rəisi Fəxri Soltanov iştrak edib. Yarışda Qəbələ Atıcılıq məktəbinin  gənc yetirmələri  mübarizə aparıb. Gənc atıcılıramız bu idman növündə ilk addımlarını atmalarına baxmayaraq,  qonaqları bacarıqları ilə təəccübləndirə biliblər. Atıcılıq məktəbinin yetirmləri Səbuhi Dağlarlı , İsmət Sərkarov  və Kamil Məmmədli yarışda  3-cü  dərəcə  normasını yerinə yetiriblər.
“Qəbələ” atıcılıq məktəbinin məşqçiləri - dəfələrlə Azərbaycan Çempionu , SSRİ və Beynəlxalq dərəcəli idman ustası Xanhüseyn  Bağırov və dəfələrlə Azərbaycan Çempionu , İdman ustası Elçin Babayev iştirakçıların ustalıq səviyyəsindən razı qalıblar. Elçin Babayev artıq əməklərinin bəhrə verdiyini bildirib: “Uşaqlar həyacana baxmayaraq, ilk yarışda  qarşılarına qoyulan məqsədlərə nail oldular. Demək olar kı, rəhbərlik tərəfindən uşaqlar üçün yaradılmış şərait və biz məşqçilərin əməyi artıq ilk bəhrələrini verməyə başlayıb.”
Xatırladaq ki, daha çox gəncin sözügedən idman növünə cəlb olunması və idman atıcılığının regionda  təbliğ olunması  məqsədi ilə yarışa məktəblilər də dəvət olunmuşdu.
Yekunda yarışın qonaqlarına və iştrakçılarına “Pepsi” və “Jalə” şirkətləri tərəfindən  hədiyyələr  təqdim edilib.