Qəbələdə cüdo turniri
Xəbərlər / 27 Oktyabr 2016 | 20:30731
Qəbələdə cüdo turniri

Qəbələdə cüdo üzrə “Şimal bölgəsi” yarışına start verilib. 2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında region birinciliyində oğlanlar 6 (46 kq, 50 kq, 55 kq, 60 kq, 66 kq və +66 kq), qızlar isə 2 (32 kq və 40 kq) çəki dərəcələrində mübarizə aparırlar. Qəbələdə keçirilən yarışın ilk günündə Qəbələ, Oğuz, İsmayıllı, Qobustan, Ağsu və Şamaxıdan 76 cüdoçu (74 oğlan, 2 qız) qüvvəsini sınayır. “Şimal bölgəsi” yarışına sabah yekun vurulacaq.