Qəbələdə ilk dəfə
Atıcılıq / 4 Avqust 2014 | 12:031497
Qəbələdə ilk dəfə

Qəbələdə stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib. Birinciliyin açılışında “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov və Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərov da işrirak ediblər. 

Mükafatlar uğrunda 30-a yaxın idmançı mübarizə aparıb. 2000-ci il Sidney Yay Olimpiya Oyunlarının qalibi Zemfira Meftahəddinova, “Qəbələ” İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının İcrayyə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, “Qəbələ” Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, habelə Azərbaycanın ilk beynəlxalq dərəcəli idman ustası, beynəlxalq yarışların qalibi Xanhüseyn Bağırov, beşqat Azərbaycan çempionu Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları da yarış iştirakçıları arasında olublar.  

Çempionatı maraqlı edən məqamlardan biri də atıcılıq üzrə Azərbaycan çempionatının ilk dəfə olaraq paytaxtda deyil, ölkəmizin dilbər güşəsində, Qəbələ Atıcılıq Klubunun bazasında təşkil olunması ilə bağlı olub. Bu çempionat eyni zamanda ümummilli lider Heydər Əliyevin  xatirəsinə  həsr olunmuş  olimpiya  atıcılıq növləri üzrə Azərbaycanda ilk dəfə təşkil olunacaq Qran-Pri turnirinə sınaq xarakteri daşıyıb. Qeyd edək ki, həmin turnir avqustun 14-dən 21-dək Qəbələdə keçiriləcək.  

Azərbaycan çempionatının qalibləri: 

Dairəvi stend (kişilər):  
1.Emin Cəfərov 
2.Хаnhüseyn Bağırov 
3.Niyaz Ağazadə  

Dairəvi stend (qadınlar): 
1.Nurlana Cəfərova 
2.Zemfira Мeftahəddinova 
3.Sevda Мustafayeva 

Səngər stendi (kişilər): 
1.Elçin Babayev  
2.Elvin İsmayılov  
3.Мirzə Bəşirov 

Səngər stendi (qadınlar): 
1.Аlina Rafikxanova 
2. Мəsumə Cavadova  
3. Rəna Ələskərova


“Qəbələ” Atıcılıq Klubunun nümayəndələri Emin Cəfərov və Аlina Rafikxanova skit və trap növlərində Azərbaycan rekordunu təzələyiblər.