«Qələbəni komanda oyunu sayəsində qazandıq»
Xəbərlər / 21 Fevral 2012 | 20:00666
«Qələbəni komanda oyunu sayəsində qazandıq»

"Qəbələ"nin 21-ci turda "Xəzər-Lənkəran" üzərində qələbə qazanmasında əsas pay sahiblərindən biri də heç şübhəsiz ki, Dododur. Bu tur həm də Dodo üçün Yubiley matçı kimi yadda qaldı. "Qəbələ"nin heyətində 20-ci oyununa çıxan braziliyalı öz əzmkar oyunu, mübarizliyi, sürəti və cəldliyi ilə komandanı arxasınca aparan lokomotiv rolunu oynayır. Amma Dodo cənublularla matçda fərdiçiliyin deyil, kollektiv oyunun uğur gətirdiyini deyir:

 "Xəzər Lənkəran"ın gücünə hamı bələddir. Çətin oyun olacağını bilirdik. Turnir cədvəlindəki yerimizi və hədəflərimizi nəzərə alaraq matça xüsusi hazırlanmışdıq. Hamı üzərinə düşən məsuliyyəti dərk edirdi. Qarşılaşma 90 dəqiqə mübarizə çəraitində keçdi. amma düşünürəm ki, biz qələbəni daha çox istəyirdik və qələbəyə layiq idik. Çoxlu qol epizodlarımız oldu. 3 xal qazandığımıza görə sevincliyəm. Amma qələbəni fərdi oyunla deyil, kollektiv oyunla əlaqələndirərdim. Məşqçilər korpusunun və futbolçuların komanda halında bir hədəfə köklənməsi sonda qalibiyyətlə nəticələndi".