Quzanlıda rekord - “Qarabağ” üçün 9 nömrəli kabus
Xəbərlər / 19 Mart 2012 | 08:54495
Quzanlıda rekord - “Qarabağ” üçün 9 nömrəli kabus

- “Qəbələ”nin futbolçusu Pavel Doroşev rekord müəllifi olub. Premyer Liqanın XXIV turunun “Qarabağ”la səfər oyununda (1:1) meydana çıxan latviyalı qolkiper klubun heyətində ölkə çempionatında 88-ci matçına çıxıb. Bununla da Pavel “Qəbələ”nin 6 illik Premyer Liqa tarixinin rekorduna şərik olub. Belə ki, 2006-cı ildən güclülər dəstəsində çıxış edən komandanın elitada ən çox oyun keçirən futbolçusu Abdulkader Kamara da 88 matç keçirib. Quzanlıdakı görüşdə afrikalı iştirak etmədiyindən meydana çıxan Doroşev onun rekorduna şərik oldu. Komanda yoldaşından fərqli daim əsas heyətdə yer alan latviyalı artıq növbəti oyunda mütləq rekordçu olmaq imkanına malikdir.

mövsüm

oyun

Dəqiqə

qol

Penaltilər: qol/ümumi

Vərəqə

qırmızı

2008/09

9

810

-6

1/1

3

0

2009/10

29

2610

-34

2/3

3

0

2010/11

27

2371

-17

     1/2

4

1

2011/12

23

2070

-22

1/3

5

0

Cəmi

88

7961

-79

5/9

15

1


“Qarabağ”la qarşılaşma bir sıra digər maraqlı faktlarla da əlamətdar olub.

- Ardıcıl 2-ci oyundur qol sevinci yaşayan Viktor Mendi 4 gün fasilə ilə “Qarabağ”la hər 2 oyunda fərqlənib. Komandanın 9 nömrəli futbolçusu Ağdam təmsilçisi ilə Premyer Liqanın I dövrəsinin Quzanlıdakı oyununda da komandanın qələbə qolunu vurmuşdu. “Qarabağ” üzrə ixtisaslaşan Mendi bu komandaya 4 oyunda 3 qol vurub, bunların da ikisi Quzanlıdakı qarşılaşmalara təsadüf edib. 

- “Qarabağ”ın kabusuna çevrilən Mendi hər 3 qolunu ilk hissədə vurub. Ötən il avqustun 27-də matçın 37-ci, bu il martın 14-də 41-ci dəqiqədə fərqlənən futbolçu bu dəfə daha tez - 16-cı dəqiqədə rəqib qapısına yol tapdı. Bununla da o, “Qarabağ”ın qapıçısı Boyan Pavloviçin quru seriyasını 828-də saxlayıb öz komanda yoldaşı Pavel Doroşevin rekorduna yaxınlaşmasına imkan vermədi.

- “Qəbələ”də vurduğu qolların sayını 7-yə çatdıran Mendi klub tarixinin ən məhsuldar oyunçular sırasında irəliləyib: Rövşən Əhmədov – 20, Kənan Kərimov, Deon Barton – 18, Vitali Balamestnı, İbrahim Hüseynov – 12, Rəşad Yusubov – 11, Samir Zərgərov – 10, Luiz Hilario, Fərzad Hatəmi, Vüsal Qarayev – 9, Fazil Pərvərov – 8, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa, Viktor Mendi – 7, Milan Antiç, İqor Melnik, Oleq Osadçi – 6.

- Premyer Liqada isə 6-cı dəfə fərqlənən legioner 10-cu pilləyə şərik olub: Deon Barton – 14, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Fərzad Hatəmi – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa – 7, Viktor Mendi, Milan Antiç, İqor Melnik – 6.

- “Qəbələ” cari mövsümdə 4-cü dəfə qarşılaşdığı “Qarabağ”a yenə uduzmadı. Bu, komandalar arasında ardıcıl 3-cü heç-heçə oldu.

- “Qəbələ” baş məşqçisi Fatih Kavlakın rəhbərliyi altında ilk səfər heç-heçəsini etdi. Bunadək rəqib meydanlarına 5 dəfə komanda çıxaran mütəxəssis 3 qələbə görüb, 2 məğlubiyyətə üzülmüşdü. 

- “Qəbələ” ardıcıl 7 oyundur meydanı qolsuz tərk etmir. Komanda sonuncu dəfə ötən il dekabrın 21-də “Qarabağ”la 0:0 bitən qarşılaşmada meydanı qolsuz tərk edib. Bu 7 qarşılaşmadan 6-sı çempionat çərçivəsində olub.

- Luiz Hilario “Qəbələ”nin heyətində yubiley – 25-ci matçına çıxdı.