Rafael Ağayev dünya çempionatının finalında
Xəbərlər / 27 Oktyabr 2016 | 20:18802
Rafael Ağayev dünya çempionatının finalında

Avstriyanın Lints şəhərində karateçilərin dünya çempionatı keçirilir. Azərbaycan milli komandasının və “Qəbələ” İdman Klubunun üzvü Rafael Ağayev (75 kq) yarışın ilk günündə tatamı üzərinə çıxıb. 4 qat dünya və 13 qat Avropa çempionumuz Macarıstan, Hollandiya, Özbəkistan və Ermənistandan olan rəqiblərini məğlub edərək yarımfinala yüksəlib. Bu mərhələdə iranlı idmançıya qalib gələn Ağayev finala vəsiqə qazanıb. Düzdür, karateçimiz finala yüksəlmək yolunda mübarizədə üzündən zədələnib. Lakin Rafael sonadək mübarizə apararaq qələbə qazana bilib. O, həlledici qarşılaşmada misirli idmançı ilə üz-üzə gələcək.