Rafael Ağayev İslam Həmrəyliyi Oyunlarının çempionu oldu
Xəbərlər / 13 May 2017 | 21:10550
Rafael Ağayev İslam Həmrəyliyi Oyunlarının çempionu oldu

Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti uğurunu qazanıb. 5 qat dünya çempionumuz Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında fərqlənib. 75 kq çəki dərəcəsində çıxış edən Ağayev bütün rəqiblərinə qalib gəlib və yarışların çempionu adına yiyələnib. Qızıl medala gedən yolda Ərman Eltemura (Türkiyə) 3:0, Sultan Əl-Zəhraniyə (Səudiyyə Ərəbistanı) 7:2, Şarmendran Raqxonatana (Malayziya) 5:0 hesabı ilə qalib gələn Ağayev finala yüksəlib. İdmançımız həlledici qarşılaşmada Abbas Qulam (Pakistan) ilə görüşüb. 4:0 hesabı ilə qalib gələn karateçimiz ikinci dəfə İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 2013-cü ildə İndoneziyada da eyni uğura imza atan idmançımız 2005-ci ildə bu yarışda bürüncə yiyələnmişdi.