Rafael Ağayev İslamiadanın qızılına yiyələndi - Fotolar
Karate / 24 Sentyabr 2013 | 07:31563
Rafael Ağayev İslamiadanın qızılına yiyələndi - Fotolar

İndoneziyanın Cənubi Sumatra əyalətinin paytaxtı Palembanq şəhərində keçirilən İslam Ölkələrinin 3-cü həmrəylik oyunlarında Azərbaycan yığmasının uğurlu çıxışı davam edir. İlk günü bir qızıl, bir gümüş medalla qapayan yığmamız bu gün daha bir qızılı aktivinə yazıb. "Qəbələ" Karate Klubunun üzvü Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Karateçimiz Əlcəzair, Türkiyə və Misir karateçilərini məğlub edərək finala yüksəlib. Rafael həlledici qarşılaşmada iranlı idmançı ilə üz-üzə gəlib. Rəqibinə şans verməyən idmançımız medal kolleksiyasına daha bir qızıl əlavə edib. 
Bu qələbədən sonra Azərbaycan İslamiadadakı medallarının sayını 3-ə çatdırıb - 2 qızıl, 1 gümüş.