Rafael Ağayevdən növbəti qızıl
Karate / 22 Oktyabr 2013 | 06:02603
Rafael Ağayevdən növbəti qızıl

Azərbaycanı və "Qəbələ" İdman Klubunu beynəlxalq yarışlarda uğurla təmsil edən karateçi Rafael Ağayev medal kolleksiyasına daha bir qızıl əlavə edib. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən döyüş növləri üzrə dünya çempionatında rəqiblərinə heç bir şans verməyən Rafael nəticədə fəxri kürsünün birinci pilləsində qərarlaşıb. Karateçimiz ilkin mərhələdə Misir, Hollandiya və ABŞ-dan olan döyüşçüləri məğlub edib. Yarımfinalda Ağayev Almaniya təmsilçisini üstələyib - 4:0. Finalda Rafael 75 kq çəki dərəcəsində ən iddialı rəqiblərindən olan italiyalı Luici Busu tatamiyə çıxmağına peşman edib - 7:1. Beləliklə, Rafael Ağayev döyüş növləri üzrə ilk dünya çempionatının qalibi adını qazanıb.
Xatırladaq ki, yarışda Azərbaycanı təmsil edən digər karateçimiz Şahin Atamov da qızıl medala sahib olub.