Transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasının növbəti turu ərəfəsində braziliyalı Rafael Utziq transferini reallaşdırıb. 24 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
İndiyədək yalnız vətənində çıxış edən cənubi amerikalının son klubu “Parana” olub. Sağ cinah vingeri mövqeyində də oynayan Rafael 2018-20-ci illərdə fasilə ilə bu komandanın heyətində A və B seriyalarında çıxış edib. Utziq karyerası ərzində “Foz de İquaçu” (2015, 2018), “Kaskavel” (2016), “Ypiranqa Ereçim” (2016-2018) və “Çianorte”nin (2019) də formasını geyinib.