Rauf Əliyev «Qəbələ»də
Xəbərlər / 28 Mart 2018 | 14:582006
Rauf Əliyev «Qəbələ»də

“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib. “Qırmızı-qaralar” Rauf Əliyevlə müqavilə imzalayıb. 29 yaşlı hücumçu 2019-cu ilin yayına qədər komandamızın şərəfini qoruyacaq. Son klubu Albaniya təmsilçisi “Kukesi” olan Əliyev 2017-ci ilin ikinci yarısında bu ölkədə legioner həyatı yaşayıb. O, karyerası ərzində “Qarabağ” (2006-2013), “Bakı” (2013-2014), “Xəzər Lənkəran” (2014-2015), “Neftçi” (2015), “İnter” (2015-2017) klublarının da formasını geyinib. Rauf 2010-cu ildə debüt etdiyi Azərbaycan yığmasında keçirdiyi 45 oyunda 7 qol vurub.