Respublika birinciliyində qızıl medal
Boks / 17 Fevral 2016 | 10:511768
Respublika birinciliyində qızıl medal

"Qəbələ" İdman Klubunun üzvü Rasim Çobanlı boks üzrə Gənclərin Respublika Birinciliyində uğurlu çıxışla yadda qalıb. 75 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz bütün rəqiblərini məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda "Rabitə" klubunun üzvü Hacı Dilbazovu məğlub etməklə qızıl medala sahib olub.