Rövşən Əliyev Avropa kubokunun qalibidir
Cüdo / 15 Aprel 2018 | 00:471991
Rövşən Əliyev Avropa kubokunun qalibidir

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kubokuna start verilib. Yarışın ilk günü Azərbaycan milli komandası və “Qəbələ” İdman Klubunun cüdoçusu Rövşən Əliyev üçün uğurlu alınıb. 55 kq çəki dərəcəsində çıxış edən idmançımız bütün rəqiblərinə qalib gələrək çempion olub. Rusiya idmançıları İsa Elsixanov və Şaxzod Amonova qalib gələn Rövşən yarımfinala yüksəlib. Bu mərhələdə daha bir rusiyalı Timur Uyanayevi mübarizədən kənarlaşdıran idmançımız həlledici görüşə vəsiqə qazanıb. Rövşən finalda yığmadakı komanda yoldaşı Balabəy Ağayevlə üz-üzə gəlib və ardıcıl 4-cü qələbəylə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.