Rüfət Avropa Kubokunun gümüşünü qazandı
Cüdo / 7 Aprel 2014 | 07:50764
Rüfət Avropa Kubokunun gümüşünü qazandı

"Qəbələ" cüdoçusu Rüfət İsmayılov Gənclərin Avropa Kubokunda uğurlu çıxışla yadda qalıb. 81 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz yalnız finalda məğlub olaraq turnirin gümüş medalına sahib olub. Bu çəkidə medallar uğrunda 43 cüdoçu tatamiyə çıxıb. 
Ümumilikdə milli komandamız yarışda 16 idmançı ilə təmsil olunub ki, bunlardan 6-ı "Qəbələ" çüdoçusu olub. Yığmamız yekunda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.