Rüfət İsmayılov «Böyük Dəbilqə»nin qalibi oldu
Cüdo / 11 Mart 2017 | 19:141133
Rüfət İsmayılov «Böyük Dəbilqə»nin qalibi oldu

“Qəbələ” İdman Klubunun cüdoçusu Rüfət İsmayılov növbəti uğurunu qazanıb. Azərbaycan yığmasının şərəfini qoruyan təmsilçimiz Bakıda keçirilən cüdo üzrə “Böyük dəbilqə” turnirinin ikinci günündə fərqlənib. 81 kq çəki dərəcəsində çıxış edən cüdoçümuz millimizin aktivinə ilk qızıl medalı yazdırıb. İlk görüşdə Sünnatulla Əzimovu (Özbəkistan) mübarizədən kənarlaşdıran Rüfət ardınca Dorin Qotonoaqaya (Moldova) qalib gəlib. Təmsilçimiz 1/4 finalda bolqarıstanlı İvaylo İvanov üzərində də inamlı qələbə qazanıb. İsmayılov yarımfinalda yaponiyalı Kenya Koharanı 32 saniyəyə ippona salıb. İdmançımız finalda iranlı Səid Mollayi ilə üz-üzə gəlib. Rüfət rəqibini vazari xalı ilə üstələyib, çempion tituluna yiyələnib.