Rusiyadan bir gümüş, bir bürünclə
Boks / 23 Dekabr 2013 | 12:28692
Rusiyadan bir gümüş, bir bürünclə

Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışına yekun vurulub. Yarışda uğurlu çıxışla yadda qalan Azərbaycan turnirdə 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub.
Medalçılar sırasında "Qəbələ" İdman Klubunu təmsil edən boksçular da yer alıb. 64 kq çəki dərəcəsində mübarizə aparan əslən kubalı Lorenso Sotomayor finala vəsiqə qazansa da, çempionluğun bir addımlığında büdrəyib və yarışı gümüş medalla tamamlayıb. O, rusiyalı Georgi Lizunenkoya məğlub olub. 
Digər boksçumuz Rüstəm Musayev (49 kq) isə turnirin bürünc medalına yiyələnib.