«Səbail» - «Qəbələ»: 5-ci sınaq
Xəbərlər / 23 Fevral 2018 | 21:29213
«Səbail» - «Qəbələ»: 5-ci sınaq

Sabah Topaz Premyer Liqasında XVII tura start veriləcək. “Qəbələ” səfərdə “Səbail”lə qarşılaşacaq. Bakıdakı “Bayıl Arena” stadionunda baş tutacaq görüş rəqiblər arasında 5-ci matç olacaq. İndiyədək “qırmızı-qaralar” “Səbail”lə 4 dəfə üz-üzə gəlib. Bu oyunların hamısı cari mövsümdə baş tutub. Komandalar iki dəfə Premyer Liqa, iki dəfə Azərbaycan kubokunda görüşüb. Dörd matçın hamısında “Qəbələ” qalib gəlib. Həm çempionat, həm kubokdakı ev və səfər qarşılaşmalarında qələbə qazanan “qırmızı-qaralar” 11 qol vurub və 4-nü buraxıb. Premyer Liqadakı hər iki matçda eyni hesab qeydə alınıb. Futbolçularımız 3 xalı 3:1 hesablı qələbələrlə əldə edib. 3-cü dəfə səfərdə “Səbail”lə görüşəcək “Qəbələ” çempionatda 3:1, kubokda 4:2 hesabı ilə qalib gəlib. Bu oyunlarda 11 qoldan 5-nə Baqali Dabo imza atıb. Famussa Kone 2, digər 4 futbolçu isə hərəyə 1 dəfə fərqlənib.

Xatırladaq ki, fevralın 24-də “Bayıl Arena”da keçiriləcək “Səbail” - “Qəbələ” matçı saat 16:00-da başlayacaq.

 

2017/18 mövsümü

17.09.2017. Premyer Liqa. “Səbail” – “Qəbələ” – 1:3

Vüqar Nadirov, 56 // Baqali Dabo, 42, 90+3; Asif Məmmədov, 60

04.11.2017. Premyer Liqa. “Qəbələ” – “Səbail” – 3:1

Famussa Kone, 16; Baqali Dabo, 29; 83 // Eltun Yaqublu, 88

11.12.2017. Azərbaycan kuboku. “Qəbələ” – “Səbail” – 1:0

Stiven Monroz, 59

15.12.2017. Azərbaycan kuboku. “Səbail” – “Qəbələ” – 2:4

Adrian Popoviçi, 16; Elman Taqayev, 78 // Filip Ozobiç, 22; Ruslan Qurbanov, 44; Famussa Kone, 56; Baqali Dabo, 75